Azərbaycan qısa zamanda dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda böyük nüfuz sahibinə çevrilib

Azərbaycan qısa zamanda dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda böyük nüfuz sahibinə çevrilib
Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi siyasəti dərin elmi-nəzəri əsaslara, praktik reallığa əsaslanmaqla, respublikanın bütün sahələrdə davamlı inkişafına xidmət edir.
Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son illərdə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" - deyən dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilmişdir.
2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Dövlət Proqramı aktuallığına, əhəmiyyətinə və miqyasına görə hər zaman xüsusi diqqət mərkəzində olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir. Dövlət proqramının əsas qayəsi regionlarda sahibkarlığın inkişafını sürətləndirmək və oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Bölgələrdə yaşayan vətəndaşların zəruri arzu və istəkləri, eləcə də onları illərdən bəri narahat edən, qayğılandıran sosial problemlərin həlli də proqramda dolğunluğu ilə əksini tapmışdır.
Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türk dünyasının hər bir övladı Cansu və Qəmzə kimi olmalıdır. Türkiyənin idmançıları Ermənistanda - düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə böyük qələbəni əldə etdilər. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır.
Bu hadisənin Türk dünyasının tarixində əbədi qalacağını qeyd edən Prezident İlham Əliyev bildirib: “Biz onlarla fəxr edirik və əslində bu hadisə, hesab edirəm ki, tarixdə qalacaq, təkcə idman tarixində yox, bütövlükdə dünya siyasət tarixində, Türk dünyasının tarixində. Hər birimiz - Türk dünyasının hər bir övladı, bax, Cansu və Qəmzə kimi olmalıdır. Mənim arzum budur”.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva

Oxşar xəbərlər