Milli tərəqqimizin mühüm xüsusiyyətlərindən biri də regionların tarazlı və sürətli inkişafının təmin olunmasıdır. Bu gün ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da uğurla inkişaf edir, qarşıya qoyulan hədəflər reallaşdırılır. Ümumiyyətlə, Naxçıvanın tənəzzüldən xilas olaraq inkişaf yoluna çıxmasının əsası ÜmummilliLliderimiz Heydər Əliyev tərəfindən qoyulub. 1990-cı illərin əvvəlində olduqca gərgin və mürəkkəb şəraitdə olan muxtar respublika Ulu Öndərin misilsiz xidmətləri nəticəsində böyük uğurlar qazanıb. Ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında görülən işlər blokada şəraitində olan Naxçıvanın nailiyyətlərini davamlı edib.
Bu gün Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nəticəsi kimi, muxtar respublika iqtisadiyyatının dayanıqlı inkişafı təmin olunub, əhalinin rifahı daha da yaxşılaşıb. Muxtar respublika ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müasir standartlar əsasında təhsil müəssisələri, sağlamlıq ocaqları tikilib və ya əsaslı təmir olunub, respublika əhəmiyyətli və bütün kənd yolları yenilənib, yüksək səviyyəli infrastruktur quruculuğu həyata keçirilib, fasiləsiz elektrik, qaz və su təminatı yaradılıb. Bütün bunlar inkişaf və tərəqqinin bariz nümunəsidir. Eyni zamanda, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib.
Naxçıvan bu gün Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən uğurlu fəaliyyət sayəsində öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bugünkü nailiyyətləri gələcək inkişafın təminatçısı kimi görür.
Məmmədova Gülyaz, 213 saylı orta məktəbin tarix müəllimi