Bu günlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin növbəti dəfə böyük səs çoxluğu ilə prezident seçilməsinin 4 ili tamam olur. Belə bir vaxtda ölkənin həm daxili həm də xaricində nəzərlər yenə də İlham Əliyevin illər boyu yeritdiyi daxili-xarici siyasətinə yönəlir.
Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkənin başlıca sosial-iqtisadi nailiyyətlərini aşağıdakı istiqamətlərdə qeyd etmək mümkündür:
Bütün göstəricilər üzrə “iqtisadi Azərbaycan” bir neçə dəfə böyümüşdür. Azərbaycan tarixində ilk dəfə olaraq məhz bu dövrdə “iqtisadi Azərbaycan” “coğrafi Azərbaycan”ın sərhədlərini ciddi şəkildə aşmağa başlamışdır. Azərbaycan iqtisadiyyatda keçid dövrünü uğurla başa vurmuşdur. İlham Əliyevin elə birinci prezidentliyi dövründə sürətləndirilən iqtisadi islahatlar və həyata keçirilən iqtisadi inkişaf proqramları nəticəsində ölkə 2009-cu ildə keçid dövrünü uğurla başa vurmuşdur. Bu, Prezidentin özünün də qeyd etdiyi kimi, məhz bazar iqtisadiyyatına sadiqliyin və inamın nəticəsində mümkün olmuşdur. 2003-cü ildə ölkədə ÜDM-in 73 faizi özəl sektor tərəfindən istehsal edilirdisə, indi bu rəqəm 80 faizi ötmüşdür.
Azərbaycan “aşağı gəlirli ölkələr” sırasından “yuxarı-orta gəlirli ölkələr” sırasına yüksəlmişdir. 2004-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM müstəqil ölkənin iqtisadi tarixində ilk dəfə olaraq 1000 dollarlıq həddi ötmüşdür. 2003-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM 888,6 dollar olduğu halda, hazırda bu rəqəm 4400 dollara yüksəlmişdir. Göründüyü kimi, İlham Əliyevin iqtidarı dönəmində Azərbaycanda adambaşına düşən ÜDM təxminən 5-6 dəfəyə qədər artmışdır ki, bu da ölkədə artan iqtisadi rifahı göstərən mühüm göstəricidir. Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar tamamilə yenidən qurulmuş və infrastruktur imkanları əvvəlki illərlə müqayisədə xeyli genişləndirilmişdir. Azərbaycanın demək olar tamamilə qazlaşdırılması, elektrikləşdirilməsi, istifadəyə verilən yüzlərlə təhsil, səhiyyə və turizm müəssisələri, tikilən hava limanları, çəkilən minlərlə kilometrə qədər modern avtomobil yolları məhz İlham Əliyevin adı ilə bağlıdır. 2700 məktəb tikilmişdir. 500-dən çox tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. 41 Olimpiya İdman Kompleksi yaradılmışdır, 8-i hələ tikilir və yenə də tikiləcəkdir. Bizim mədəniyyət ocaqları bərpa edilib. Bundan əlavə, son 10 ildə su anbarları, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, yüzlərlə subartezian quyusu inşa və ya əsaslı təmir olunmuşdur. Bu obyektlər aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirir, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaradır. Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə regionlarda telefon stansiyaları və poçt binaları istifadəyə verilmiş, bütün rayon mərkəzlərinə fiber-optik kabel çəkilmişdir. Bu gün regionlarda hər 100 nəfərdən 62-ı internet istifadəçisidir.
Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmləndirilmiş və ölkə borc alan ölkədən donor ölkəyə çevrilmişdir. Prezidentin hər zaman vurğuladığı kimi, Azərbaycan bu gün valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin etmiş ölkədir və iqtisadiyyatı üçün əhəmiyyətli olan istənilən iqtisadi layihəni maliyyələşdirmə imkanına malikdir. Bununla yanaşı, ölkə xarici donorlar üçün də etibarlı tərəfdaşdır və investisiya cəlbetmə imkanları yüksəkdir. Hazırda ölkənin valyuta ehtiyatları xarici borclarından dəfələrlə çoxdur. Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə Ermənistanı böyük fərqlə geridə qoymuş, bu ölkənin Cənubi Qafqazda tamamilə marjinallaşmasına nail olmuş və Qarabağda öz siyasi və iqtisadi suverenliyini bərpa etmişdir. Məhz İlham Əliyevin prinsipial mövqeyi Ermənistanın bütün regional iqtisadi layihələrdən kənarda qalmasına gətirib çıxarmışdır. Bu gün Azərbaycan iqtisadiyyatı rəqabətliliyinə görə dünyanın 56-ci iqtisadiyyatıdırsa, Ermənistan 72-ci iqtisadiyyatıdır. II Qarabağ savaşı və onun nəticələri bir daha Azərbaycanın iqtisadi qüdrətini və texnoloji üstünlüyünü ortaya qoymuş və Qarabağ yenidən Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycan iqtisadiyyatı 2009-cu ilin qlobal maliyyə, 2014-cü ilin qlobal enerji böhranlarından və hazırda davam edən pandemiyadan çox böyük məharətlə qorunmuşdur. Məhz İlham Əliyevin antiböhran idarəçilik məharəti sayəsində qeyd olunan qlobal böhranların Azərbaycana təsiri minimum olmuş və ölkəmiz dayanıqlı iqtisadi inkişaf potensialını qoruyub saxlaya bilmişdir. Burada pandemiya ilə bağlı qlobal baxışın formalaşdırılması və qlobal həmrəyliyin təmin edilməsi məqsədilə cənab İlham Əliyevin təşəbbüslərini xüsusilə qeyd etmək lazımdır.
Bütün bu uğurlar Azərbaycan xalqını sevindirir. Xalq Azərbaycanın inkşafına nail olan Prezident İlham Əliyevi dəstəkləyir.
Zabrat qəsəbəsi, X.Vəliyev adına 75 saylı məktəbin
tarix müəllimi Asif Hüseynov