Bölgənin abadlaşdırılması, quruculuq işlərinin həcmi ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirir

Bölgənin abadlaşdırılması, quruculuq işlərinin həcmi ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirir
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Ermənistanın 30 il ərzində yaratdığı işğalçı qüvvələri darmadağın etdi və düşmən məğlubiyyətini etiraf edərək ağ bayraq qaldırdı. Düşmənin ağ bayraq qaldırması ilə yanaşı uzun illərdir işğalda olan ərazilər də öz həqiqi sahiblərinə qayıtdı. “Məcburi köçkün” adı altında 30 ilə yaxın yaşamış soydaşlarımız artıq bu ağır yükdən xilas oldu.
İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları vardır. Bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir parçasıdır.
Qazanmış olduğumuz parlaq Zəfərimiz bu gün işğaldan azadlığa qovuşmuş torpaqlarımızda yeni dönəmin yaranmasına səbəb olmuşdur. Artıq əzəli və əbədi torpaqlarımızda yeni quruculuq, yenidənqurma və bərpa işləri başlayıb. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bərpa olunacaq ərazilərdə müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi barədə öz fikirlərini bölüşdü. Bu isə dövlətimizin başçısı tərəfindən xalqımızın Qarabağın “ağıllı region” kimi inkişafı ilə bağlı istəklərinə cavab verməsi deməkdir.
Bölgənin abadlaşdırılması, quruculuq işlərinin həcmi ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirir. Görülən işlərin olduqca böyük əraziləri əhatə etməsi layihələrdə hər bir kəsin iştirakına imkanlar açır.
Düşünürəm ki, tezliklə Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar.
İnanıram ki, Azərbaycanımız daha da qüdrətlənəcək, Qarabağ dünyanın cənnət məkanına çevriləcəkdir.

Bakıxanov qəsəbəsi, 96 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Ofelya Məmmədova


Oxşar xəbərlər