Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə oldu. Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin açılışlarında iştirak etdi və Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış oldu.
Dövlət başçısı həmçinin "Azərbaycan Dəmir Yolları" QSC-nin lokomotiv deposunun açılışında iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoydu.
Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri bir daha onu göstərir ki, Azərbaycanın bütün regionlarının inkişafına böyük diqqət yetirilir. Bu baxımdan Gəncəyə səfər Azərbaycanın hərtərəfli inkişafı konsepsiyasının tərkib hissəsidir. Azərbaycanda bütün bölgələrin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir və bütün bölgələr, hər bir layihə şəxsən dövlət başçısının diqqət mərkəzindədir. Böyük əminliklə demək olar ki, Azərbaycan dövlətçilik tarixində Gəncənin iqtisadi potensialının əsası Heydər Əliyevin hakimiyyəti dövründən başlayır.
Bu ölkənin ikinci böyük şəhərinin sonrakı inkişafına, tərəqqisinə möhkəm zəmin, bünövrə yaradıb.
Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi diqqət və qayğının nümunəsində də aydın görə bilərik. Prezident kimi dəfələrlə Gəncə şəhərinə səfər edib və hər dəfə səfəri zamanı Gəncənin inkişafı ilə bağlı çox mühüm qərarlar verib, bu şəhərin hərtərəfli inkişafına xidmət edən böyük layihələrin, ictimai əhəmiyyətli obyektlərin açılışında olub.
Ali Baş komandanın şəhərimizə, bir ildə görülən işlərə verdiyi yüksək qiymət Gəncə ictimaiyyətində Heydər Əliyev ideyalarına olan sədaqəti, ölkə rəhbərinə olan böyük inamı daha da artırır.
Cənab Prezidentin də qeyd etdiyi kimi Gəncədə qazlaşdırma layihəsi demək olar ki, tamamilə icra edilib, içməli su layihəsi də sürətlə gedir. Bu layihə tamamlandıqda böyük ölçüdə şəhərin su və kanalzasiya problemi həll olacaq ki, demək olar ki, Nizami yurdunun elə ən böyük problemi məhz budur.
Ölkə başçısı bütün infrastruktur lahiyələrin icrasına şəxsən özü nəzarət etmək məqsədilə hər il Gəncəyə səfər edir, yeni layihələrin icrası üçün müəyyən sərəncamlar verir.
Bütün bunlar şəhərdə icraat prosesinin necə məsuliyyətlə yerinə yetirildiyini göstərir. Tam əminliklə deyə bilərik ki, dövlətimizin başçısının konkret hədəflərə hesablanan siyasətinin nəticəsində paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün bölgələrində həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm də infrastruktur layihələr icra edilir.
Prezident İlham Əliyevin Gəncəyə səfəri həm də Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının tərkib hissəsidir. Eyni zamanda bəlli və məlum həqiqətin təsdiqidir ki,
Azərbaycanda yenidənqurma, quruculuq işləri təkcə işğaldan azad olunmuş bölgələrdə deyil, bütün ölkə boyunca aparılır.
Bu gün Gəncədə çox böyük infrastruktur layihələri icra olunur, şəhərdə elektrik təhcizatı və su təminatı ilə bağlı iri miqyaslı işlər görülür. Artıq Bakı-Gəncə, Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi tam başa çatıb, Gəncədən Bakıya qədər dəmir yolu tam modernləşdirilib, 245 nəfərlik xəstəxana istifadəyə verilib, modul tipli xəstəxana qısa müddətdə ərsəyə gətirilib, Dövlət Flarmoniyasının, Dram Teatrının yeni binaları, eyni zamanda 30-a yaxın məktəb tikilib, təmir olunub.
Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan davamlı inkişaf xəttindədir. Prezident İlham Əliyevin yürütdüyü düzgün, məqsədyönlü siyasət ilbəil öz bəhrəsini verir və ölkəmizi yeni-yeni uğurlara doğru aparır.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova