Bu il Lerik rayonunda bir sıra sahələrdə yüksək irəliləyişlər əldə olunub, yeni iş yerləri açılıb
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahın yüksəlişini təmin edib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrimizin inkişafı, vətəndaşların sosial şəraitinin yüksəlişi təmin olunur. Bu isə şübhəsiz, qəbul olunmuş inkişaf proqramlarının, o cümlədən, iki mərhələdə həyata keçirilən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yüksək keyfiyyətlə icra olunmasının bariz nəticəsidir. Bu proqramın birinci mərhələsinin başa çatmasından sonra Azərbaycanın bütün rayonları inkişaf edib, dövlətimizin iqtisadi potensialı artıb. Artıq proqramın ikinci mərhələsi icra olunur və bu il başa çatacaq. Beləliklə həyata keçirilən siyasət regionların inkişafını təmin etməklə yanaşı, işsizlik probleminin aradan qalxmasına, yeni müəssisələrin fəaliyyətə başlamasına, o cümlədən, sahibkarlığın inkişaf etdirilməsinə yol açıb. Bunun nəticəsində Azərbaycanın regionlarında əsaslı inkişaf tempi müşahidə olunur. Bu rayonlar sırasında Lerikin də adını çəkmək olar.
Hazırda rayona rəhbərlik edən icra başçısı Rövşən Bağırovun Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.
Qeyd edək ki, Rövşən Bağırov Lerikə icra başçısı təyin edilməsindən artıq 11 il keçib. Hələ digər sahələrdə işləyərkən cənab Bağırov bir sıra uğurlara imza atmış, Vətənçün bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Lerikə icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi. Hazırda Rövşən Bağırovun gərgin əməyi və zəhməti sayəsində Lerik sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Lerikin əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Qanuninfo.az-ın elektron poçtuna ünvanlanan məktublarda Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.
Bir neçə il əvvələ qədər Lerikdə görülən işlərin miqyası belə geniş deyildi. Qanuninfo.az olaraq material hazırlayanda görülən işlərdən, həyata keçirilən tədbirlərdən bir cümlə yazanda, beş cümlə də rayonun füsunkar təbiətindən, payız dumanının dərələrdə sürünməyindən, bəyaz bulud karvanlarının yaşıl ormanların üzərində “dincini almağından” və sair gözə xoş gələn özəlliklərdən bəhs etməli olurduq. İndi Lerikdə tikinti-quruculuq, abadlıq istiqamətində o qədər iş görülür ki, yazının həcmli və ya dolğun çıxması üçün təbiət gözəlliklərinə üz tutmağa ehtiyac qalmır.
Lerik rayonunun inkişafı çox sürətlə gedir. Son üç il ərzində Lerikdə iqtisadiyyat təxminən beş dəfə artmışdır. Bu, onu göstərir ki, rayonun imkanlarından səmərəli istifadə olunur və Azərbaycanın bütün regionlarında olduğu kimi, burada da yaxşı nəticələr vardır. O cümlədən, hər bir rayonun iqtisadi göstəriciləri də bizi çox sevindirir"
Lerik rayonunun sakinləri hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatıdır. Vurğulamaq lazımdır ki, bütün Lerik ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır və Prezidentin apardığı sosial-iqtisadi siyasəti dəstəkləyir.