Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2004-cü ildən bəri davamlı olaraq regionların hərtərəfli inkişafına yönəldilmiş dövlət proqramları qəbul edilmişdir. Burada əsas məqsəd regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafının təmin olunması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, eləcə də yoxsulluğun aradan qaldırılmasıdır.
Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci, 2019-2023 illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamışdır. Rayonlarda elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihəsi,sosial infrastruktur layihələr icra olunmuşdur. Hər rayonda müasir xəstəxana, tibb ocaqları, məktəblər inşa edilmişdir.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019 – 2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən kənd təsərrüfatı sahəsində inkişaf dinamikası müşahidə olunmaqdadır. Qəbul olunmuş dövlət proqramlarına əsasən, regionlarda aqrar sahənin dinamik inkişafının təmin edilməsi məqsədilə texnika parkının yenilənməsi üzrə tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər davam etdirilməkdədir. Sahibkarlar bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər.
Yeni infrastruktur layihələri yeni iş yerlərinin yaradılmasına xidmət etmişdir.
Bu gün ölkə əhalisi 10 milyondan çoxdur.Bu da təbii olaraq tələb edirki,yeni iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda ,ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin səyi nəticəsində bölgələrimizin sürətli inkişaf etməsinə təəssüflər olsun ki, əngəl törədənlərdə olmuşdur .Onlar bir neçə rayonun keçmiş icra başçılarıdır və Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq lazımi cəzalarınıda almışlar.Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəkləyir. Ölkəmizin siyasəti Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına istiqamətləndirilib.Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir və bu siyasətin nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevirmişdir. Bu istiqamətdə əldə olunan uğurlar Azərbaycanın beynəlxalq səviyyədə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirməkdədir. Məhz bunun nəticəsidir ki, ölkəmiz regionun lideri, dünyanın isə söz sahibi olan dövlətlərindən birinə çevrilmişdir.
Beləliklə, dövlət proqramı sayəsində həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Respublikasını dünya miqyasında stabil, dayanıqlı inkişaf dinamikasına malik ölkə kimi tanıtmış, dövlətlərin ən yüksək beynəlxalq iqtisadi meyarları təyin edən qurumlarının reytinqində yüksək mövqelər tutmuş və beynəlxalq donorların və investorların ölkəyə marağı xeyli artmışdır. Bütün bünların və digər fəaliyyətlərin nəticəsi olaraq, ölkəmiz dünyanın siyasi və iqtisadi həyatında xüsusi əhəmiyyətli mövqeyə malikdir.
Sabunçu rayonu, Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Hüseynov Vüqar Ələsgər oğlu