Erməni ideoloqlarının ərazilərimizin erməniləşdirilməsi istiqamətində dünya qanunlarını heçə sayaraq atdığı addımlar bu gün artıq sirr deyil

Erməni ideoloqlarının ərazilərimizin erməniləşdirilməsi istiqamətində dünya qanunlarını heçə sayaraq atdığı addımlar bu gün artıq sirr deyil

28 il erməni qəsbkarlarının tapdağı altında qalan gözəl diyarlarımızdan biri olan Laçın rayonu bu gün artıq azaddır. 44 günlük vətən müharibəsində Müzəffər ordumuz və Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti sayəsində azad olunan Laçın rayonu həm öz strateji mövqeyinə həm də potenisalına görə ölkəmiz üçün çox vacibdir. Əfsuslar olsun ki, işğal dövründə ermənilər rayonun maddi mənəvi irsinə sağalmaz yaralar vurmaqla bərabər həm də qanunsuz məskunlaşma siyasəti də aparmışlar. Prezident İlham Əliyevin cari ilin 28 mart tarixində Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsinin (Məsim Məmmədovu) qəbul olunması ilə əlaqədar keçirilən tədbir zamanı qeyd etmişdir ki : “Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər. Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır”. Bəli, ermənilərə havadarlıq edən dünya gücləri bu məsələdə də susurlar. İşğal illəri ərzində dövlətimiz təkcə ermənilərlə deyil bu münaqişəyə münasibətdə həmişə ikili standartlardan çıxış edən bir sıra dairələrlə də mübarizə aparmışdır. Məhz bu münasibət də düşmənin əl qolunu daha da açmış və xalqımızın maddi mənəvi irsinə ardıcıl zərbələr vurulmuşdur. Erməni ideoloqlarının bu ərazilərin erməniləşdirilməsi istiqamətində dünya qanunlarını heçə sayaraq atdığı addımlar bu gün artıq sirr deyil.
Tarix boyu bu mənfur millətin işi dədə-baba yurdlarımıza xaricdən erməniləri köçürərək guya bu torpaqların onlara məxsus olduğu haqda görüntü yaratmaqdan ibarət olub. Təbii ki, onlar bunu təkbaşına etməyib. Rusiya imperiyası zamanından bu siyasət məqsədyönlü şəkildə aparılıb. Lakin biz qalib xalq olaraq artıq buna özümüz dur demişik. Cənab Preizdent İlham Əliyevin bir sıra beynəlxalq platformalarda dediyi kimi : “ Biz BMT qətnamələrini özümüz bərpa etdik”.
28 il idi ki, bu qətnamələr sadəcə kağız üstündə idi. 2020-ci il 27 sentyabrda başlayan 44 günlük “Vətən Müharibəsi” nin nəticəsi olaraq artıq bu qətnamələr icra olunub. Təbii ki, xalq və millət olaraq bir olub bu yaraları da saracağıq. Bununla yanaşı Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı imzaladığı sərəncamlar və verdiyi tapşırıqlar da hal hazırda icra olunmaqdadır. Laçın rayonun bərpa quruculuq işləri ilə yanaşı həm də dədə baba yurdundan didərgin salınmış əhalisinin də köçürülməsi istiqamətində dövlət proqramı imzalanmışdır. Əhalinin köçürülməsini ləngidən əsas problem rayonun infrastrukturunun bərpası ilə əlaqədar işlərin görülməsidir. Bərpa quruculuq işlərinin başa çatmasından sonra Laçının həqiqi sahiblərinə qovuşması üçün heç bir maneə qalmayacaqdır.

Sabunçu qəsəbəsi, 68 N-li tam orta məktəbin
direktor müavini Asiman Paşayev

Oxşar xəbərlər