Fevralın 14-də Laçının işğaldan azad olunmasından iki ay yarım keçməmiş artıq rayonun Güləbird kəndi ərazisində Azərbaycan Respublikasının möhtərəm Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının iştirakı ilə Su Elektrik Stansiyasının açılışı həyata keçirildi. Möhtərəm Prezident Güləbird kəndində çıxışı zamanı bildirdi ki, “Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın.”
Ali Baş Komandanın iradəsi və müzəffər Azərbaycan ordusunun şanlı qələbəsi nəticəsində bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinə start verilmişdir. Yol, işıq mədəniyyətdir. Cənab Prezidentin Sərəncamlarına əsasən ilk olaraq işğaldan azad olunmuş torpaqlarımıza yollar çəkilməyə başladı. İlk Su Elektrik Stansiyası isə Laçında açılmaqla həm dünya dövlətlərinə, həm də ölkə daxili opanentlərə mesaj verildi ki, biz tutduğumuz yola sadiqik. Tarixi ədalət bərpa olunub. İndi isə bərpa işləri gedir. Bu Su Elektrik Stansiyası Laçın rayonunun cənubunun və ətraf ərazilərdə yerləşən digər infrastruktur layihələrinin elektriklə təmin edilməsində, yaxın dövrlər üçün böyük əhəmiyyətə malikdir. Bu isə onu göstərir ki, bölgədə infrastrukturun inkişafı əsas prioritetdir və müzəffər Ali Baş Komandanının rəhbərliyi altında buna nail olacağıq. Bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Bu gün hər bir Laçınlı əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ cənnətə çevriləcək, işğaldan azad olunmuş bu gözəl məkanda həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcəkdir.
Ramidə İbrahimova,
YAP Sabunçu rayon təşkilatı Qadınlar Şurasının sədri, 36 saylı BŞX-nın Baş həkimi