Nəhayət, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi

Nəhayət, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində,dağlıq ərazidə yerləşir.1930-cu ildən inzibati ərazi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı,Şuşa və Xocavənd rayonları ilə həmsərhəddir.Rayonun 1 şəhər, 1 qəsəbə,125 kəndi var. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72min hektar yaylaq sahəsinə və 34min hektar zəngin meşə massivinə malikdir.
Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri,çoxlu mineral suları suları,kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddin çox dərman bitkiləri və s. vardır.
Ermənistan hərbi birləşmələri 1992-ci il mayın 18-də Laçın rayonunu işğal ediblər. Bu zaman 300-ə yaxın insanın həlak olduğu və ya girov götürüldüyü deyilir. 64min insan məcburi köçkün düşüb. Laçın rayonundakı bütün tarixi-mıdıniyyət abidələritalan edilib, 54 dünya, 200-dən şox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədiŞ XİV əsrə aid Məlik Əjdər türbısi, Qaraqışlaq kəndində məscid və s. talan edilib.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayənundakı coğrafi adların dəyıçdirilməsi, rayonun təbii resurslarının talan edilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi əməllərini davam etdirirdi.
Nəhayət, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi. Azərbaycan işğalçı Ermənistan üzərində tam qələbə qazandı. 44 günlük Vətən Müharibəsində düşməni ağır məğlubiyyətə uğradan Azərbaycan Ağdam və Kəlbəcərdən sonra Laçın rayonunun da siyasi yolla işğaldan azad edilməsinə nail oldu. Beləliklə, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanatda nəzərdə tutulan qrafikə əsasən Laçın rayonu boşaldılaraq Azərbaycana təhvil verildi. Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Cənab Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edərək, vacib məsələlərə toxundu: “Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib”.
2022-ci il iyunun 26-da və sentyabrın 21-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına növbəti səfərləri zamanı isə ölkə başçısı Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi, "Qorçu" elektrik yarımstansiyasında görülən işlər, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri, uzunluğu 72,8 km olan Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunel və "Həkəriçay" su anbarı layihəsi ilə tanıçlığı olmuş və Laçın şəhərində inşa ediləcək "Laçın" qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
Laçının qaytarılması ilə Azərbaycan-İran sərhəddi tam bərpa edilmiş, hazırda Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır, yeni infrastruktur yaradılır, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu və regionun strateji əhəmiyyətini artıran Laçın hava limanı tikilir. Həmçinin rayonun kənd təsərrüfatı sahəsində kifayət qədər böyük ənənəyə, eyni zamanda, tikinti-inşaat sahəsində əhəmiyyətli xammal ehtiyatlarına malik olması Laçının qısa zamanda sosial-iqtisadi inkişafına imkan yarada biləcəkdir.

Bakıxanov qəsəbəsi, 96 saylı orta məktəbin
müəllimi Şəbnəm Rəhimova



Oxşar xəbərlər