Bu qələbə tarix boyu qürur mənbəyimiz olaraq qalacaqdır!

Bu qələbə tarix boyu  qürur mənbəyimiz olaraq  qalacaqdır!

44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyev ətrafın da sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. 10 Noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən tapdağında olan vətən torpaqlarımızı işğaldan azad etdi. Əsarətdən azad olmuş ərazilərimizdən biridə Laçın rayonu oldu. Laçın rayonu 1930-cu il 8 avqust tarixində yaranan bu inzibati ərazi tərkibində 1 şəhər 1 qəsəbə 125 kəndən ibarət olan rayondur. Ərazisində zəngin tarixi abidələr meşə fondları mədəniyyət ocaqları mövcud olmuşdur. 1992- ci il 18 may tarixində mənfur işğalçılar rayonu işğal etdilər. Rayon 267 şəhid verib, 66 laçınlı girov götürülüb. Azərbaycan torpaqları tarix boyu mübarizə meydanı kimi yaddaşlarda qalmışdı. Nəhayət, 28 ildə sonra 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Laçın rayonu Ağdam və Kəlbəcər kimi qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir. İşğaldan azad olunan bütün ərazilərdə yenidən qurma işləri aparılır.
Prezidentimiz 15 fevral 2021 -ci il tarixdə “Güləbird” SES işə saldı. Bundan başqa rayonun yol nəqliyyat infrastrukturu yenidən qurularaq Kəlbəcər-Laçın avtomobil yolu çəkiləcəkdir. 2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılr. “Böyük Qayıdış ” Dövlət proqramına uyğun olaraq Laçın rayonuna gələn ilin sonuna qədər birinci qrup laçınlılar qayıdacaq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının günahsız insanların qisası alındı. Bu qələbəni, Zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Şəhidlərimizin qanı bahasına, Qazilərimizin Rəşadəti, Güclü Ordumuz sayəsində bu qələbəyə nail olduq. “Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədini əməl etdi. “Yaşasın Azərbaycan ordusu!”, “Yaşasın Azərbaycan!”. Bu qələbə tarix boyu qürur mənbəyimiz olaraq qalacaqdır!

Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
təlim tərbiyə işləri üzrə direktor müavini Elnarə Həsənova



Oxşar xəbərlər