Rövşən Əhmədov: Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, maraqların üst- üstə düşməsi və digər amillər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlərin inkişafında Ulu Öndər Heydər Əliyevlə Eduard Şevardnadzenin dostluq münasibətləri və şəxsi nüfuz amili xüsusi rol oynamışdır.
Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir və ölkələrimizi bir-birinə strateji cəhətdən bağlayır.
Ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 24-də Gürcüstana işgüzar səfər etmişdir. Səfər zamanı Prezidenti İlham Əliyev mətbuata bəyanatında iki ölkə arasında olan strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə qalxmasında xalqlarımızın dostluq və birgə fəaliyyət amilinin önəmini qeyd etmişdir.
Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir.
2021-ci ildə xarici ticarət dövriyyəsinin həcminə görə Gürcüstan Azərbaycanın 8-ci xarici ticarət tərəfdaşı səviyyəsinə yüksəlmişdir. İki ölkə arasında ticarət əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir.
Ölkənin inkişafına təkan verəcək əsas amillərdən olan investisiya qoyuluşunda Gürcüstan üçün Azərbaycan əsas sərmayədarlardan biridir. Ümumilikdə, Azərbaycandan Gürcüstana 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb.
Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük daşımalarının həcmini dəfələrlə artırmağa imkan verir. Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir.
Azərbaycanlıların Gürcüstanın müxtəlif bölgələrində tarixən yığcam halda yaşaması humanitar sahədə əməkdaşlığın önəmini daha da artırır. Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda bir çox layihələr həyata keçirilib. İki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub, qardaşlaşma əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb.
Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaqdır.
Rövşən Əhmədov, YA P Ağcabədi rayon təşkilatının sədri.