Gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə təhsil almaq imkanı olmalıdır

Gənc  nəslin  yaşadıqları  digər  ölkələrdə  məktəblərdə  təhsil  almaq                                                                                                 imkanı  olmalıdır
Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil. Onun coğrafi sərhədləri daha genişdir. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”.
Bu sözləri Prezident İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edərkən deyib.
İ.Əliyev qeyd edib ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması daim təşkilatın gündəliyində olmalıdır: “Bu istiqamətdə lazımi addımlar atılmalıdır.
Ölkə başçısı İlham Əliyev bütün türk dünyasına nümayiş etdirdi ki, dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlıların hüquqları eynidir. Həmçinin, onların gələcək problemləri Azərbaycan dövlətinin diqqət mərkəzindədir: “Ölkə hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının böyük əksəriyyəti İranda yaşayır. Bugünədək İran total siyasət həyata keçirərək, azərbaycanlıların ana dili hüquqları daxil olmaqla, bir çox insan haqlarını tapdalamağa davam edir”. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra regional gücdən qlobal gücə çevrilib. Ölkəmizin mövqeləri bir xeyli güclənib. Azərbaycan yalnız Azərbaycanda yaşayan vətəndaşların deyil, bütün azərbaycanlıların ana vətənidir. Hər bir azərbaycanlının ürəyi müstəqil Azərbaycan Respublikası ilə döyünür”. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında Türk dünyası kimi böyük bir ailənin gələcək planlarının müəyyən tezislərini irəli sürdü. Milli maraqlar üzərində siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi sahələrində də əməkdaşlığın fəallaşdırılması məsələləri önə çəkildi. Eyni zamanda, Prezidentin dövlətimiz hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti üçün ana dilində məktəbin olmaması və yaxud bina imkan verilməməsi barədə mesajları da sözsüz ki, təşkilatın bundan sonrakı fəaliyyətində diqqətdə saxlanacaqdır. Türk dünyası hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, dil, mədəniyyət milli-mənəvi dəyərlərinin qorunmasına önəm verilməsi təşkilatın dünyada böyük söz sahibi olacağından xəbər verir.


Sabunçu rayonu,96 nömrəli tam orta
məktəbin biologiya müəllimi Afaq Əhmədova

Oxşar xəbərlər