Zəfər Qurultayı milli birlik nümayiş etdirən, Azərbaycan həqiqətləri ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm rol oynayan diasporumuzun tarixi torpaqlarımızın işğaldan azad olunmasından sonra ilk böyük görüşü oldu. Dünya Azərbaycanlılarının birlik tədbirinin tarixi zəfərimizin rəmzi olan Şuşada keçirilməsi mühüm tarixi və siyasi əhəmiyyətə malik olan hadisə kimi tarixə yazıldı. Eyni zamanda, böyük Zəfərdən sonra Dünya Azərbaycanlılarının qurultayının Şuşada keçirilməsi rəmzi mənası daşıyır. Hər bir azərbaycanlı üçün qürurverici tədbir olan Zəfər Qurultayı 30 ildən sonra Şuşada Dünya Azərbaycanlılarını bir araya gətirərək, Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəylimizin növbəti təsdiqi oldu. Azərbaycançılıq amalı ətrafında milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcını qoymuş Ulu Öndər Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı Dünya Azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün Dünya Azərbaycanlılarının dərin rəğbətini qazanıb. Xaricdə yaşayan azərbaycanlıları böyük qüvvə adlandıran dövlətimizin başçısı Dünya Azərbaycanlılarının Zəfər Qurultayındakı çıxışında deyib: “Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir.
Ölkə Prezidenti İlham Əliyev Zəfər Qurultayında xalqımızın həmrəyliyinə və sarsılmaz birliyinə, 44 günlük Vətən müharibəsində zabit və əsgərlərimizin keçdiyi döyüş yoluna nəzər saldı, Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələrdən bəhs etdi. Azərbaycan Prezidenti Qurultayda konseptual xarakterli nitqində postmünaqişə dövründə Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, ölkəmizin mövqeyi haqqında fikirlərini ifadə etdi. Prezident İlham Əliyevin Zəfər Qurultayındakı nitqi Azərbaycan diasporunun gələcək fəaliyyətinin yol xəritəsi oldu. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların imkanları genişdir. Harada yaşamasından asılı olmayaraq Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi gələcəkdə də davam edəcək. Axı, milli birlik, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hissləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur.
Vəliyev Elman-Abşeron Regional Elektrik Şəbəkəsi MMC-nin rəisi