DAŞKƏSƏNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ MÖHTƏŞƏM ÜMUMRAYON BAYRAM TƏDBİRİ İLƏ QEYD EDİLİB

DAŞKƏSƏNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ MÖHTƏŞƏM ÜMUMRAYON BAYRAM TƏDBİRİ İLƏ QEYD EDİLİB Noyabrın 8-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Rayon Mədəniyyət Mərkəzi ilə birgə Vətən müharibəsində şanlı qələbəmizin ikinci ildönümü münasibətilə bayram tədbiri keçirib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkilləri Elşad Mirbəşir, Kamran Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, xidmət sahələrinin kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daşkəsən Mədəniyyət Mərkəzində keçirilən bayram tədbirdə Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev giriş nitqi ilə çıxış edərək deyib:

- Bu gün noyabrın 8-i Vətən müharibəsində möhtəşəm qələbəmizin 2-ci ildönümü münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.

Unudulmaz tarixi qəhrəmanlıq göstərən şəhidlərimizə Allah rəhmət eləsin, Vətən torpağı uğrunda şəhid olanların valideynləri qarşısında baş əyir, qazilərimizə də şəfa diləyirik.

8 Noyabr – Zəfər Gününü bütün xalqımız milli birlik və həmrəylik içində böyük coşqu hissi ilə qeyd edir. Çünki bu, son dövr tariximizdə qazandığımız ən böyük qələbədir. Bu möhtəşəm Zəfərin əsas müəllifi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində igidlik, mərdlik, böyük qəhrəmanlıq göstərərək, Dağlıq Qarabağ da daxil olmaqla, işğal altındakı ərazilərimizi azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü.

Bu zəfər eyni zamanda ulu öndər Heydər Əliyevin memarı olduğu Prezident cənab İlham Əliyevin ölkəmizdə bütün sahələr üzrə böyük uğurla həyata keçirdiyi inkişafın, xüsusilə də ordu quruculuğunda əldə olunan böyük nailiyyətlərin nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi Vətənə sonsuz məhəbbətin, böyük qəhrəmanlığın, misilsiz şücaətin rəmzinə çevrilmiş, vətən həsrətinə birdəfəlik son qoymuş möhtəşəm 8 Noyabr-Zəfər Günü münasibətilə bütün Daşkəsən rayon ictimaiyyəti adından ürəkdən təbrik edir, ən xoş arzularımızı bildiririk.

Vətən müharibəsində sərhəd bölgəsində yaşayan daşkəsənlilər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə istər ön cəbhədə, istərsə də arxa cəbhədə fəal iştirak etmiş, döyüşlərdə yüzlərlə gəncimiz qəhrəmancasına vuruşmuş, şücaət göstərmiş, rayonumuzdan 34 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə şəhidlərimizdən 13 nəfəri ordenlərlə və qalanları da çoxsaylı medallarla təltif olunmuşlar. Habelə bu yaxınlarda dövlət hesabına rayonumuzun ayrı-ayrı şəhid ailələrinə 17 yeni mənzil verilmişdir və bunun növbəliliklə davamı olacaqdır.

Ölkəmizdə bütün sahələr üzrə görülən işlərə, o cümlədən şəhid ailələrimizə, qazilərimizə göstərilən yüksək səviyyədə diqqət və qayğıya görə bütün daşkəsənlilər adından ölkə rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.

Biz daşkəsənlilər bundan sonra da Prezident cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək hər bir tövsiyə və tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirilməsindən ötrü əlimizdən gələni əsirgəməyəcək, əzmlə çalışacağıq.

Bir daha da hər birinizi 8 Noyabr – Zəfər bayramının 2-ci ildönümü münasibətilə təbrik edirəm!

Zəfər bayramınız mübarək olsun!

Qarabağ Azərbaycandır!

Çıxış edən millət vəkili Elşad Mirbəşir Vətən müharibəsində xalqımızın tarixi zəfərindən geniş söhbət açaraq deyib ki, Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tariximizin ən parlaq səhifəsidir.

Millət vəkili Kamran Bayramov isə bildirib ki, bu müqəddəs Zəfər yolunda şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Göstərilən diqqət və bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət siyasətində prioritet təşkil edir.

Şəhid valideynləri adından çıxış edən şəhid atası Vaqif İsrafilov xalqımızın 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və Zəfər Günü ilə bağlı geniş məzmunlu, əhatəli nitq söyləyib, şəhid ailələrinə və qazilərə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Sonra rayon mədəniyyət xadimlərinin təqdimatında bayram konserti başlanıb. Konsertdə Ulu Öndər Heydər Əliyevə, Ali Baş Komandanımız cənab İlham Əliyevə, Zəfər Gününə, Ordumuza, Vətənimizə həsr olunan mahnılar ifa edilib.



Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ MÖHTƏŞƏM ÜMUMRAYON BAYRAM TƏDBİRİ İLƏ QEYD EDİLİBDAŞKƏSƏNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ MÖHTƏŞƏM ÜMUMRAYON BAYRAM TƏDBİRİ İLƏ QEYD EDİLİBDAŞKƏSƏNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ MÖHTƏŞƏM ÜMUMRAYON BAYRAM TƏDBİRİ İLƏ QEYD EDİLİBDAŞKƏSƏNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ MÖHTƏŞƏM ÜMUMRAYON BAYRAM TƏDBİRİ İLƏ QEYD EDİLİBDAŞKƏSƏNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ MÖHTƏŞƏM ÜMUMRAYON BAYRAM TƏDBİRİ İLƏ QEYD EDİLİBDAŞKƏSƏNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ MÖHTƏŞƏM ÜMUMRAYON BAYRAM TƏDBİRİ İLƏ QEYD EDİLİBDAŞKƏSƏNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ MÖHTƏŞƏM ÜMUMRAYON BAYRAM TƏDBİRİ İLƏ QEYD EDİLİBDAŞKƏSƏNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ MÖHTƏŞƏM ÜMUMRAYON BAYRAM TƏDBİRİ İLƏ QEYD EDİLİBDAŞKƏSƏNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ MÖHTƏŞƏM ÜMUMRAYON BAYRAM TƏDBİRİ İLƏ QEYD EDİLİBDAŞKƏSƏNDƏ 8 NOYABR – ZƏFƏR GÜNÜ MÖHTƏŞƏM ÜMUMRAYON BAYRAM TƏDBİRİ İLƏ QEYD EDİLİB

Oxşar xəbərlər