Dekabrın 12-də Vətən Müharibəsi şəhidi çavuş Quliyev Elşən Natiq oğlunun anım günündə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin ailə üzvləri, şəhid valideynləri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri Daşkəsən Şəhidlər Xiyabanında Şəhidin məzarı önünə gəliblər.
Əvvəlcə Şəhidin xatirəsi yad olunub, məzarına gül-çiçək dəstələri düzülüb, dualar oxunub.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidin ailəsinə və yaxınlarına bir daha rayon ictimaiyyəti adından başsağlığı verib və nitq söyləyib. O, çıxışında deyib:
- Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə başladılan, ötən 17 ildə Prezident cənab İlham Əliyev tərəfindən ən müasir çağırışlar səviyyəsində həyata keçirilən ölkəmizin hərtərəfli inkişafı, hörmətli Prezidentimiz cənab İlham Əliyevin yenilməz siyasi iradəsi, Ordumuzun gücü, xalq-dövlət birliyi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsi 44 günlük Vətən Müharibəsində xalqımızın parlaq qələbəsini təmin etdi, tariximizin şanlı səhifəsi yazıldı. Bu Vətən Müharibəsi onu da təsdiq etdi ki, işğalçı dövlət Ermənistan Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil.
Vətən Müharibəsində Daşkəsənlilər də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək qəhrəmancasına vuruşdular. Onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucaldı. Belə cəsur döyüşçülərimizdən biri də Vətən Müharibəsi şəhidi çavuş Quliyev Elşən Natiq oğludur. Elşən Quliyev 1992-ci il dekabrın 21-də Daşkəsən şəhərində doğulub. Çavuş Elşən Quliyev Vətən Müharibəsində şəxsi igidlik və şücaət göstərib. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlər zamanı Murovdağ istiqamətində müqəddəs şəhidlik zirvəsinə ucalıb və dekabrın 12-də Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilib. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Elşən Quliyev “Vətən uğrunda”, "İgidliyə görə" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə böyük diqqət və qayğı göstərirlər. Bütün Daşkəsənlilər adından dövlət rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
Allah şəhidimiz Elşən Quliyevə rəhmət eləsin, onun əziz ruhu şad olsun. Anası Səyyarə xanıma bir daha da bütün Daşkəsən rayon ictimaiyyəti adından başsağlığı verir, qarşısında baş əyirik.
Şəhidin anası Səyyarə Quliyeva ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini