
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi və rayon Şəhidlər xiyabanı ziyarət edilib.
Görüş ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
SHXÇDX-nin rayon bölməsinin rəisi mayor Mirqasım Abbasov keçirilən tədbir barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Vətən Müharibəsinin iştirakçısı baş leytenant Ceyhun Əliyev iştirakçılara döyüş əməliyyatlarından xatirələrini danışıb, Azərbaycan əsgərinin hər an Vətənin keşiyində durmağa hazır olduğunu ifadə edib.
Digər çıxış edənlər də sarsılmaz Qələbəmizin tarixi əhəmiyyətindən söz açıblar. Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması istiqamətində görülən işlərə toxunublar.
Sonda Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeirlərlə çıxış ediblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini