Martın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Daşkəsəndə Vətən müharibəsi şəhid ailələri və qazilərə bayram sovqatı verərək görüşlər keçirib.
Rayon rəhbəri şəhidlərin ailə üzvlərini və qaziləri Novruz bayramı münasibətilə təbrik edərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqlarına əsasən Daşkəsəndə də dövlət qurumları şəhid ailələri və qazilərin problemləri ilə daim yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görür.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər, Onlara Novruz bayramı münasibəti ilə təbriklərini bildiriblər.
Daha sonra Əhəd Abıyev rayon ərazisində dislokasiya olan N saylı hərbi hissədə əsgərlərlə görüşüb, hərbi qulluqçuların bayramlarını təbrik edib, bayram sovqatı verib.
Elmar Əliyev –Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri müavini