Mayın 8-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilmiş Vətən müharibəsi şəhidi baş əsgər Vəkilov Elməddin Nizami oğlunun anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Milli Məclisin deputatı Kamran Bayramov, rayon Polis şöbəsinin rəisi Seymur Əfəndiyev, rayon prokuroru Şahin İmanov, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, müəssisə və təşkilatların rəhbərləri, Şəhidin yaxınları, hərbçilər, rayonun şəhid anaları, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidimizin ruhuna dualar oxunub, əziz xatirəsi yad edilib, məzarına gül-çiçək düzülüb.
Anım mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib:
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı erməni ordusundan azad edərək düşmən üzərində tarixi qələbə qazandı. Bu Vətən müharibəsi təkcə döyüş meydanlarında deyildi, həm də informasiya cəbhəsində gedirdi. Ali Baş Komandanımız cənab İlham Əliyev ordumuzla birgə erməni işğalçılarına qarşı mübarizə aparıb, həm də informasiya cəbhəsində cəngavər sərkərdəyə xas olan bir əzmlə döyüşərək zəfər çalmışdır.
Bu Vətən müharibəsində Daşkəsənlilər də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qəhrəmancasına vuruşaraq onlardan 32 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Belə cəsur, qəhrəman döyüşçülərimizdən biri Vətən müharibəsi şəhidi MAXE baş əsgər Vəkilov Elməddin Nizami oğlunun bu gün ildönümü mərasiminə toplaşmışıq.
Elməddin Vəkilov 21 avqust 1988-ci ildə Daşkəsən rayonunda anadan olub. O, uzun illər MAXE əsgər kimi ordu sıralarında şərəfli hərbi xidmət yolu keçib. Elməddin Vəkilov Vətən Müharibəsində göstərdiyi şücaətləri ilə xüsusən fərqlənib. Bir sıra döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində, parlaq qələbələrin qazanılmasında yaxından iştirak edib, şəxsi igidlik nümunələri göstərib. O, Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən şiddətli ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Qəhrəman döyüşçümüz 8 may 2021-ci il tarixdə Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn olunub. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Elməddin Vəkilov hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif olunub.
Bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə böyük diqqət və qayğı göstərirlər. Prezident cənab İlham Əliyevin şəhid ailələri və qazilərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqları Daşkəsən rayonunda daim diqqət mərkəzində saxlanılır. Şəhid ailələrimizə qayğı göstərmək və qazilərimizlə həmrəy olmaq bizim vəzifə borcumuzdur. Bütün Daşkəsənlilər adından dövlət rəhbərimizə, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələrimizə və qazilərimizə göstərdikləri diqqət və qayğıya görə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Daşkəsənin fəxri Elməddin Vəkilov torpaqlarımızın azadlığı uğrunda böyük şücaət, hünər göstərərək şəhid olmuşdur. Onun əziz xatirəsi hər zaman bizlərin – xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Şəxsən öz adımdan və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Daşkəsən rayon ictimaiyyəti adından şəhidimizin anası Nərgiz xanım Vəkilovaya və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhidlərimiz bizim qürur mənbəyimizdir. Allah şəhidimiz Elməddin Vəkilova və bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
Çıxış edən millət vəkili Kamran Bayramov da Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə səbir diləyib, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, gələcək nəsillərə örnək olduğunu bildirib.
Şəhidin anası Nərgiz Vəkilova hər şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini