Daşkəsənin Xoşbulaq kəndində şəhid Eşqin Bağırov anılıb, Zağalı və Dəstəfur kəndlərində şəhid bulaqlarının açılışı keçirilib

Daşkəsənin Xoşbulaq kəndində şəhid Eşqin Bağırov anılıb, Zağalı və Dəstəfur kəndlərində şəhid bulaqlarının açılışı keçirilib Sentyabrın 29-da Vətən Müharibəsi şəhidi Bağırov Eşqin Rafiq oğlunun anım günü Xoşbulaq kəndində şəhidin valideynlərinin yaşadığı evdə keçirilib.
Əvvəlcə şəhid Eşqin Bağırovun Xoşbulaq kənd qəbiristanlığında məzarı ziyarət edilib.
Anım günündə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, rayonun şəhid anaları və qazilər iştirak ediblər.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidin valideynləri və ailə üzvləri ilə görüşüb, şəhid Eşqin Bağırovun otuz illik qısa, lakin şərəfli ömür və döyüş yolundan danışıb, Daşkəsən rayonundan başlayan Murovdağ döyüşləri haqqında xatirələrini söyləyib. Əhəd Abıyev həmçinin Daşkəsən rayonunda da şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilməsini bildirərək bu istiqamətdə görülən işlərin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın daim nəzarətində olduğunu qeyd edib.
Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhidimiz Eşqin Bağırov “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidin atası Rafiq Bağırov, anası Nazilə Bağırova ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər.
Daha sonra Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə rayonun Zağalı kəndində Vətən Müharibəsi şəhid Cabbarov Muraz İlham oğlunun xatirəsinə inşa edilən bulağın açılışında iştirak edib.
Bulaq Daşkəsən rayon İcra hakimiyyətinin dəstəyi ilə şəhidin atası İlham Cabbarov tərəfindən tikilib.
Əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin xatirəsi ehtiramla yad edilib.
Əhəd Abıyev açılış mərasimdə çıxış edərək deyib ki, bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə böyük diqqət və qayğı göstərirlər. Vətən Müharibəsində Daşkəsən rayonundan da yüzlərlə gənc könüllü olaraq ordu sıralarına qoşulmuş, qəhrəmancasına vuruşmuşlar. Onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Belə cəsur döyüşçülərimizdən biri də Vətən Müharibəsində onlarla düşməni məhv edərək qəhrəmancasına şəhid olmuş Daşkəsən rayon Zağalı kənd sakini Cabbarov Muraz İlham oğludur. Muraz Cabbarov Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olub. Murazın əsgəri xidməti dövründə Vətən Müharibəsi başlayıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Muraz Cabbarov “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Cəsur, qəhrəman Muraz Cabbarovla bütün daşkəsənlilər fəxr edir, qürur duyur.
Açılış mərasimdə nitq söyləyən şəhid ata və anaları, Vətən müharibəsi qaziləri Muraz Cabbarovun qısa, lakin şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sentyabrın 29-da Vətən Müharibəsi şəhid Şıxıyev Orxan Raqif oğlunun da doğum günü rayonun Şəhidlər xiyabanında qeyd edilib, rayonun Dəstəfur kəndində xatirəsinə inşa edilən bulağın açılış mərasimi keçirilib.
Bulağın açılış mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, Orxan Şıxıyevin qısa və şərəfli ömür yolundan danışılıb.
Şəhidin atası Raqif Şıxıyev, anası Sevda Şıxıyeva ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun Yuxarı Daşkəsən qəsəbəsində Vətən Müharibəsi şəhidi Tağıyev Ramid Yaqub oğlunun xatirəsinə inşası aparılan bulağın da tikinti işləri ilə maraqlanıb, şəhidin anası Zərniyar Tağıyeva ilə görüşüb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun.


Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
Humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsənin Xoşbulaq kəndində şəhid Eşqin Bağırov anılıb, Zağalı və Dəstəfur kəndlərində şəhid bulaqlarının açılışı keçirilibDaşkəsənin Xoşbulaq kəndində şəhid Eşqin Bağırov anılıb, Zağalı və Dəstəfur kəndlərində şəhid bulaqlarının açılışı keçirilibDaşkəsənin Xoşbulaq kəndində şəhid Eşqin Bağırov anılıb, Zağalı və Dəstəfur kəndlərində şəhid bulaqlarının açılışı keçirilib

Oxşar xəbərlər