Dekabrın 18-də Vətən Müharibəsi şəhidi kiçik çavuş Cəfərov Vüsal Saxləddin oğlunun Daşkəsən Şəhidlər Xiyabanında ildönümü mərasimi keçirilib.
Anımda Daşkəsən rayon İcra hakimiyyətinin işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin əməkdaşları, Şəhidin yaxınları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidimizin məzarını ziyarət olunub, gül-çiçək düzülüb, dualar oxuyub.
Çıxış edən Daşkəsən rayon İcra hakimiyyəti başçısının müavini Vüqar Məmmədov Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından şəhid Vüsal Cəfərovun ailəsinə bir daha başsağlığı verib, səbir diləyib. Bildirib ki, 44 gün davam edən Vətən Müharibəsi təxminən otuzillik işğala son qoyulması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər, tariximizə qızıl hərflərlə yazıldı. Bu şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına əldə olundu. Vətən Müharibəsində Daşkəsənlilər də Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə fəal iştirak edərək qəhrəmancasına vuruşdular. Onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucaldı. Belə cəsur döyüşçülərimizdən biri də bu gün anım gününə toplaşdığımız Vətən Müharibəsi şəhidi Cəfərov Vüsal Saxləddin oğludur. Vüsal Cəfərov 1990-ci il martın 1-də Daşkəsən rayon Qabaqtəpə kəndində anadan olub. O, Vətən Müharibəsində şəxsi igidlik və şücaət göstərib. Vüsal Cəfərov 2020-ci il oktyabrın 1-də Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib, 2020-ci il dekabrın 18-də Daşkəsən rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Vüsal Cəfərov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Digər çıxış edənlər də Şəhidin keçdiyi döyüş yolundan danışıblar.
Daha sonra Vüsal Cəfərovun xatirəsinə inşa olunan ehsan bulağının açılış mərasimi olub. Daşkəsən rayon İcra hakimiyyətinin məsul işçisi Elmar Əliyev Şəhidimizin “Cəsur döyüşçü” medalını onun anası Zeynəb Cəfərovaya təqdim edib.
Vüsal Cəfərovun atası Saxləddin Cəfərov övladının qəhrəmanlığı ilə fəxr etdiyini deyib. O, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini