Daşkəsəndə 8 Noyabr – Zəfər Günü qeyd edilib, ağacəkmə aksiyası keçirilib

Daşkəsəndə 8 Noyabr – Zəfər Günü qeyd edilib, ağacəkmə aksiyası keçirilib Daşkəsən rayonunda 8 Noyabr – Zəfər Günündə silsilə tədbirlər keçirilib. Əvvəlcə Daşkəsən Şəhidlər Xiyabanı ziyarət olunub, eyni zamanda daşkəsənli Vətən Müharibəsi şəhidi gizir İsmayılov Novruz Nürəddin oğlunun anım günü qeyd edilib.
Tədbirdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, ziyalılar, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhid məzarları ziyarət edilib, tər güllər düzülüb, dualar oxunub.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Daşkəsən Şəhidlər Xiyabanında çıxış edib. O, çıxışında deyib:
- Bu gün noyabrın 8-i İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəmizin şərəfinə qeyd edilən tarixi Zəfər günüdür. 8 Noyabr – Zəfər Gününü bütün xalqımız milli birlik və həmrəylik içində qeyd edir.
Zəfər günü münasibətilə bütün daşkəsənlilər və şəxsən öz adımdan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edirik.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsi ilə nəticələndi. Ötən il sentyabrın 27-dən başlayan, cəmi 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin azad edilməsi və qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyidir.
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə mütləq qalib etməklə, eyni zamanda ərazi bütövlüyümüzü birmənalı olaraq təmin etdi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız əmin-amanlıq, tərəqqi içərisində yaşayır.
Vətən Müharibəsində daşkəsənlilər də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qəhrəmancasına vuruşmuş, onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır.
Belə cəsur döyüşçülərimizdən biri də bu gün anım gününü qeyd etdiyimiz Vətən Müharibəsi şəhidi gizir İsmayılov Novruz Nürəddin oğludur.
Novruz İsmayılov 1987-ci ildə Daşkəsən rayonunun Zinzahal kənddə anadan olub. Novruz İsmayılov Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, şəxsi igidlik və şücaət göstərib. O, Füzuli döyüşləri zamanı qəhrəmancasına müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Novruz İsmayılov 8 noyabr 2020-ci il tarixdə Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn edilmişdir.
Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Novruz İsmayılov hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə böyük diqqət və qayğı göstərirlər. Bütün Daşkəsənlilər adından dövlət rəhbərimizə, Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
Sonra Daşkəsən şəhərinin girişindəki ərazidə Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası zamanı rayon rəhbərliyi, şəhid anaları, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və gənclərin iştirakı ilə ümumilikdə 500 eldar şamı və digər həmişəyaşıl ağaclar əkilib.
Rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, qazilər Vətən Müharibəsi şəhidi gizir İsmaylov Novruz Nürəddin oğlunun anım günü ilə bağlı Gəncə şəhərində Şəhidin valideynlərinin yaşadığı evə də baş çəkiblər.
Daşkəsəndə 8 Noyabr – Zəfər Günü qeyd edilib, ağacəkmə aksiyası keçirilibDaşkəsəndə 8 Noyabr – Zəfər Günü qeyd edilib, ağacəkmə aksiyası keçirilibDaşkəsəndə 8 Noyabr – Zəfər Günü qeyd edilib, ağacəkmə aksiyası keçirilibDaşkəsəndə 8 Noyabr – Zəfər Günü qeyd edilib, ağacəkmə aksiyası keçirilibDaşkəsəndə 8 Noyabr – Zəfər Günü qeyd edilib, ağacəkmə aksiyası keçirilibDaşkəsəndə 8 Noyabr – Zəfər Günü qeyd edilib, ağacəkmə aksiyası keçirilib

Oxşar xəbərlər