Daşkəsəndə 9 Noyabr - Bayraq Günü qeyd olunub, Vətən Müharibəsi şəhidi Möhlət Abbasovun anım mərasimi keçirilib

Daşkəsəndə 9 Noyabr - Bayraq Günü qeyd olunub, Vətən Müharibəsi şəhidi Möhlət Abbasovun anım mərasimi keçirilib Daşkəsəndə 9 Noyabr - Bayraq Günü qeyd olunub, Vətən Müharibəsi şəhidi Möhlət Abbasovun anım mərasimi keçirilib

Noyabrın 9-da Daşkəsən rayonunda Bayraq Günü qeyd olunub və Daşkəsən rayon Şəhidlər Xiyabanında daşkəsənli Vətən Müharibəsi şəhidi əsgər Abbasov Möhlət Eldəniz oğlunun anım mərasimi keçirilib.
Keçirilən anım mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi komissar, şəhid anaları, qazilər, ziyalılar, məktəblilər və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, dualar oxunub və xatirəsi anılıb.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidin ailəsinə başsağlığı verdikdən sonra çıxışında deyib:
- 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Daşkəsənlilər də Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qəhrəmancasına vuruşmuş, onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır.
Belə cəsur, igid döyüşçülərimizdən biri də Vətən Müharibəsi şəhidi əsgər Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbə sakini Abbasov Möhlət Eldəniz oğludur.
Möhlət Abbasov 2001-ci ildə andan olub. O, Füzuli, Qubadlı, Zəngilan, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, şəxsi igidlik və şücaət nümunələri göstərmişdir. Möhlət Abbasov 7 noyabr 2020-ci il tarixdə Şuşanın Daşaltı istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmış, 9 noyabr 2020-ci il tarixdə Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Möhlət Abbasov hərbi hissə qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bu gün Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə diqqət və qayğı göstərirlər. Bütün Daşkəsənlilər adından dövlət rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
Allah şəhidimiz Möhlət Abbasova rəhmət eləsin, onun əziz ruhu şad olsun.
Şəhidin anası Cəfərova Qönçə Musa qızı ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsəndə 9 Noyabr - Bayraq Günü qeyd olunub, Vətən Müharibəsi şəhidi Möhlət Abbasovun anım mərasimi keçirilibDaşkəsəndə 9 Noyabr - Bayraq Günü qeyd olunub, Vətən Müharibəsi şəhidi Möhlət Abbasovun anım mərasimi keçirilibDaşkəsəndə 9 Noyabr - Bayraq Günü qeyd olunub, Vətən Müharibəsi şəhidi Möhlət Abbasovun anım mərasimi keçirilibDaşkəsəndə 9 Noyabr - Bayraq Günü qeyd olunub, Vətən Müharibəsi şəhidi Möhlət Abbasovun anım mərasimi keçirilib

Oxşar xəbərlər