2022-ci il Azərbaycanın BMT üzüvlüyünün 30 illiyi kimi yadda qaldı. Bu mühüm hadisə mart ayında Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş tədbir formasında qeyd edildi.
“2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” daha yaxşı gələcəyi təmin etmək üçün zəmin yaradır.
Bakının və Azərbaycanın digər şəhərlərinin abadlaşdırılaraq daha müasirləşdirilməsi yeni imkan və təcrübələr əldə edir. Bakı misilsiz gözəlliyi və əsrarəngiz dizaynı ilə seçilən park, bulvar, həmçinin memarlıq abidələri ilə seçilir.
Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı 9 şəhər və yüzlərlə kəndi yer üzündən silinib. Əcnəbi mütəxəsislər Ağdam şəhərini “Qafqazın Hiroşiması” adlandırıblar. Fizulinin azad olunmasından sonra bayrağımızı taxmağa bir tikili belə tapılmayıb. Beynəlxalq QHT nümayəndələri, xarici diplomat və jurnalistlər bu vandalizmin şahidi olmuş, dağlntıların miqyasını sənədləşdirmişlər.
Yenidənqurma işlərinə başlamazdan əvvəl minalardan təmizlənmə prosesi başlayıb.
İlkin hesablamalara görə işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması 220-dən çox vətəndaşın həyatına son qoyub.
Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb.
Fizuli şəhərində 8 ay müddətində hava limanı istifadəyə verilib. Zəngilan və Laçında daha 2 hava limanı istifadəyə veriləcək.
Ağdamda ərazisi 200 hektarı təşkil edən Ağdam Sənaye Parkı fəaliyyətdədir.
Dövlətimiz “Dayanıqlı İnkişaf Məqsədlərinə” uyğun olaraq inklüzüv, təhlükəsiz, dözümlü şəhər və kənd inşa etmək məqsədindədir.
Artıq BMT, Dünya Bankı, Avropa ittifaqı ilə birlikdə azad olunmuş üç rayonumuzda yenidənqurma işləri gedir. Bu işdə həmişə dövlətimizin yanındayıq. İqtisadi və siyası fikirlərini dəstəkləyir, Dayanıqlı İnkişaf Məqsədləri planını alqışlayırıq.
Sabunçu rayonu, 128 nömrəli tam orta məktəbin
direktoru Sədaqət Əliyeva