Sənayeləşmə, elmi-texniki tərəqqinin göstəricisi və məntiqi nəticəsi urbanizasiyanı meydana çıxarır. Urbanizasiyanın müsbət cəhətləri ilə birgə fəsadları və yaratdığı problemləri də az olmur. Urbanizasiya problemləri yaxın gələcəkdə dünyanı daha çox məşğul edəcək. Həmçinin bütün dünyanı ağuşuna alan pandemiya şəhər həyatına yeni baxışın yarandığını göstərdi.
Urbanizasiya səviyyəsi Dünya Bankı və BMT tərəfindən qiymətləndirilir. Azərbaycan da otuz ildir ki, Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrdən biridir. Cənab Prezident İlham Əliyev 27 iyun 2022-ci il tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxışında Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olması münasibətilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edildiyini söyləmişdir.
2030-cu ilə qədər planlaşdırmada şəhərlərin daha yaxşı inkişafındakı səylər qiymətləndirilir. Dünyada gedən qlobal dəyişmələrin Azərbaycanda da şəhər həyatına daha çox təsiri olduğu görülməkdədir. Bu sahədə əsas istiqamətlərdən biri də dayanıqlı inkişafdır.
Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın ən gözəl şəhərləri sırasındadır.
Tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirən Bakı şəhəri tarixiliyi qorunmaqla müasir formada yenidən qurulur.
Dayanıqlı şəhər inkişafı Vətən müharibəsindən sonra Azərbaycan üçün daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə şəhərlər, qəsəbə və kəndlər yerlə-yeksan olunmuş, mədəni və dini-tarixi abidələr talan və təhqir olunmuş, vəhşiliyin ən bariz nümunəsi erməni vəhşilərinin simasında ortaya çıxmışdır. Azərbaycanın 9 şəhərinin və yüzlərlə kəndinin darmadağın edilərək yer üzündən silinməsi tarixdə görünməmiş vəhşiliyin nümunəsi olmuşdur. Daşı daş üstündə qalmayan Ağdam şəhəri Yaponiyanın 1945-ci ildə atom bombası atılması nəticəsində yerlə bir olan , Hiroşima şəhəri ilə eyniləşdirilir. Təkcə Ağdam yox, işğal altındakı əksər şəhər və kəndlər də dağıdılmışdır.
Əzm və qətiyyətlə, müdriklik göstərməklə cənab Prezident İlham Əliyev haqq səsimizi eşitməyən, erməni vəhşiliyini görməyən dünyanı yenə də haqqı eşitməyə və görməyə çağırdı.
Cənab Prezident çıxışında qeyd etmişdir ki, Ermənistanın 30 illik işğalına baxmayaraq Azərbaycan artıq sülh istəyindədir. Azərbaycan tərəfindən irəli sürülən 5 prinsip Ermənistan tərəfindən qəbul olunub. Tərəflər arasındakı bağlanacaq sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.
Azərbaycanın uzun müddət işğal altında qalmış şəhərlərinin yenidən qurulması istiqamətində çətinliklərdən biri də ərazilərin minalardan təmizlənməsidir. Kütləvi minalanma nəticəsində bu yerlərdə olacaq yenidənqurma işləri və məcburi köşkünlərin öz yerlərinə qayıdışı ləngiyir. Həmçinin Vətən müharibəsindən sonra bir çox Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və ya ağır yaralanıb.
Bütün bu çətinliklər fonunda azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirilir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyaları tətbiq olunur. İlk “ağıllı kənd” pilot layihəsi olan Zəngilan rayonunun Ağalı kəndində bu kəndin sakinləri artıq məskunlaşmağa başlayıblar.
İşğaldan azad olunmuş ərazilərdə hava limanlarının qısa müddətdə inşası, bəzi şəhərlərin baş planlarının hazır olması Azərbaycanın yenidənqurma prosesində keyfiyyətli və sürətli bir yol tutduğunu aydın göstərir.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsi qorunmaqla qurulub. Bəzi şəhərlərin yenidən qurulmasında bir sıra yeniliklər nəzərə çarpır. Ağdam sənaye şəhəri kimi, Zəngilan park şəhəri kimi nəzərdə tutulub.
Azərbaycanın öz maliyyə resursları hesabına aparılan bu işlərin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır.
Yaşasın çiçəklənən doğma Azərbaycan!
Sabunçu rayonu, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Səid Babayev