Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nətiəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı, torpaqlarımız işğaldan azad olundu. Azad edilmiş rayonlarda yenidənqurma işləri sürətlə aparılır, əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Zəngin iqtisadi potensiala malik olan ərazilərimizin bərabər inkişafını təmin etmək üçün prezident İlham Əliyev həm tarixi,həm siyasi,həm də iqtisadi baxımdan çox mühüm əhəmiyyətə malik fərman imzaladı.Bu fərmana əsasən ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edildi və Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı.
Şərqi-Zəngəzur iqtisadi rayonuna Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir. Bu rayonların tarixən mövcud olmuş Zəngəzur qəzasının tərkibində olmaları onlar arasında tarixi.siyasi,iqtisadi bağlılıqlar yaratmışdır.Bu da öz növbəsində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.
Bu iqtisadi rayonun mərkəzi məhz böyük iqtisadi potensiala malik olan Zəngilan rayonudur. Təəssüflər olsun ki, digər işğal altında olmuş rayonlarımız kimi bu ərazimiz də ermənilərin vəhşiliyinə məruz qalmış. tarixi abdilərimizə böyük ziyan dəymiş , ekologiya həddən artıq çirkləndirilmişdir.
İşğaldan azad edilmiş ərazilərimizin bərpasını , iqtisadi inkişafını daim diqqətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Vahid Hacıyevi qəbul edərək Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin etdi. .
Dövlətimizin başçısı qəbulda çıxış zamanı bir sıra məsələrə toxunub, gedən işlər və icrası nəzərdə tutulmuş gələcək planlar haqqında fikirlərini bölüşüb.
Rəhbərimizin göstərişi ilə genişmiqyaslı yenidənqurma tədbirlər çərçivəsində Zəngilan rayonunda tarixi-dini abidə sayılan məscid əsaslı şəkildə təmir olunur,Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi olan Bəstiçay təbiət qoruğunun bərpasına başlanılıb. Həmçinin, dövlətimizin başçısı Oxçuçayın da Ermənistanın ekoloji terroruna məruz qaldığını, Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarının da vəhşicəsinə istismar edildiyini , bu cinayətlərin cavabsız qalmayıb hüquqi prosedurlara start verildiyini bildirdi.
Çıxışı zamanı prezidentimiz həm Şərqi-Zəngəzur iqtisadi rayonları ,həm digər iqtisadi rayonlar arasında əlaqəni təmin etmək ,o cümlədən beynəlxalq yükdaşımaları həyata keçirmək üçün mühüm əhəmiyyətə malik olan nəqliyyat infrastrukturu layihələrinin icra edildiyini , Zəngilan rayonu ərazisindən keçən həm avtomobil, həm dəmir yolu, həm də istifadəyə veriləcək Beynəlxalq Hava Limanının Zəngəzur dəhlizinin iqtisadi əhəmiyyətini sübut edəcəyini vurğulayıb.
Digər məsələlərdən biri isə məcburi köçkünlərin tezliklə öz yurdlarına qayıtması və bunun üçün lazımi şəraitin qurulmasıdır ki.bu layihə də öz növbəsində uğurla icra edilir.
Ali Baş Komandanın və rəşadətli ordumuzun sayəsində azad edilmiş torpaqlarımızda yenidənqurma işlərinin aparılması, ölkəmizin günü-gündən inkişafı biz vətəndaşları çox sevindirir və qürurlandırır.
Yaşasın vətənimiz Azərbaycan ! Qarabağ Azərbaycandır !
Ramana qəsəbəsi, 90 saylı tam orta məktəbin Azərbaycan dili müəllimi Günel Tağıyeva