
Füzuli rayonu Azərbaycanın Qarabağ bölgəsində yerləşir. Şimaldan Xocavənd, qərbdən Cəbrayıl, şərqdən Beyləqan və Ağcabədi rayonları, cənubdan isə İran İslam Respublikası ilə həmsərhəddir. Burada iqlim əsasən mülayim isti və quru subtropik tipdədir.
Füzuli rayonu mühüm strateji əhəmiyyətə malikdir. 1993-cü ildə Füzuli Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Uzun illər ərzində bu torpaqlar düşmən tapdağı altında qaldı, şəhər tamamilə dağıdıldı. Lakin Azərbaycan xalqı heç vaxt doğma torpaqlarından ümidini üzmədi və bir gün bu torpaqlara qayıdacağına inandı.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün mühüm siyasət yürütmüşdür. Onun siyasəti ölkəni gücləndirmək, iqtisadi inkişafı təmin etmək, xalqın birliyini qorumaq, milli-mədəni dəyərləri yaşatmaq və Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs və sülh prosesinə töhfə vermək məqsədinə xidmət edirdi. Ulu Öndər Heydər Əliyevin siyasəti sayəsində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması əldə olundu; bu, münaqişənin qarşısını aldı və sülh prosesinə yol açdı.
Bu siyasət Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev üçün zəmin yaratdı. Bunun sayəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ildə Füzuli və digər işğaldan azad edilən torpaqlarda böyük nailiyyətlər əldə edə bildi. Cəmi 44 gün davam edən mübarizə xalqımızın cəsarətini bir daha bütün dünyaya göstərdi. 17 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi Azərbaycan xalqının yaddaşına qürur və zəfər günü kimi yazıldı.
Füzuli azad edildikdən sonra bərpa işlərinə qardaş Özbəkistan Respublikası da fəal dəstək verib. 2022-ci ildə Özbəkistan hökumətinin təşəbbüsü ilə Füzuli şəhərində Mirzə Uluqbəyadına 1 nömrəli tam orta məktəbin açılışı ötən ilin avqustunda tikildi və istifadəyə verildi. Məktəbin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak etdilər. Hər iki dövlət başçısı bu layihəni iki xalq arasında sarsılmaz dostluğun və birliyin rəmzi kimi qiymətləndirdilər.
Uzun illər dağıntılara məruz qalmış Füzuli şəhəri bu gün müasir və gözəl bir məkana çevrilməkdədir. 16 noyabr 2020-ci ildə Prezident İlham Əliyev azad edilmiş Füzuliyə ilk dəfə səfər etdi. Bu səfər zamanı şəhərdə Azərbaycan bayrağı ucaldıldı. Həmin gün həmçinin Füzuli–Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu.14 yanvar 2021-ci ildə dövlət başçısı Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməllərini qoydu. Bu layihələr rayonun inkişafı və Qarabağla əlaqənin bərpası üçün əhəmiyyətlidir. 14 fevral 2021-ci ildə Prezident Füzuli şəhərinin Baş planını təsdiqlədi, Horadiz–Ağbənd və Ağdam– Füzuli yollarının inşası ilə tanış oldu, həmçinin 180 çarpayılıq xəstəxananın təməlini qoydu.15 mart 2021-ci ildə isə Füzuli–Hadrut avtomobil yolunun təməlqoyma mərasimi keçirildi.14 iyun 2021-ci ildə Prezident İlham Əliyev Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə tanış oldu, Əhmədbəyli–Füzuli–Şuşa və Zəfər yolu istiqamətlərində görülən işlərə baxış keçirdi. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzulidə böyük hörmətlə qarşılandı. 29 avqust 2021-ci ildə cənab prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış oldu, həmçinin Zəfər yolundakı son tamamlama işlərini yerində izlədi.
Zabrat qəsəbəsi, 81 saylı tam orta məktəbin
Tarix müəllimi Arzu Abbasova