Hamıya məlumdur ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 30-da Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr ,əhalisi 45 mindən çox olub. Zəngilan rayonunun əhalisi Araz çayından keçərək İran İslam Respublikasına, oradan da 43 müxtəlif rayonda məskunlaşmışdılar.
İşğal nəticəsində rayonun tarixi və dini memarlıq abidələri, yeraltı və yerüstü sərvətləri məhv edilmişdir. Avropada 1-ci ,dünayada 2-ci olan “Çinar qoruğu” qırılıb məv edilmişdir.
Otuz ilin həsrəti, 44 günün zəfəri: 2020-ci il sentyabr 27-də Vətən müharibəsi zamanı Azərbaycanın igid oğulları işğal altında olan digər rayonlarımız kimi, Zəngilan rayonunu da işğaldan azad etdilər. 2020-ci il oktyabrın 20-də Zəngilan rayonu işğalçılardan azad olundu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il dekabrın 23-də birinci xanım Mehriban Əliyeva Zəngilana səfər etdi. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Ali Baş Komandan qələbədən sonra üç dəfə Zəngilan şəhərinə səfər etmişdir. Rayonu bərpa və quruculuq işlərinə birbaşa özü nəzarət edir. Prezident İlham Əliyevin səfəri onu göstərir ki, “Böyük Qayıdış”üçün bütün mövcud potensiallar səfərbər olunub.
İşğal dövründə ermənilərin dağıtdığı yurd yerləriniz bərpası prosesi (bütün dünyaya məlum oldu ki,30 ildə ermənilər bizim torpaqlarda heç bir quruculuq işləri aparmayıb ,yalnız dağıdıblar) sürətlə davam edir. İlk bərpa edilən kəndlər isə 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulacaq.
Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilan şəhərinin xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var.
Qələbədən sonra Azərbaycanın nəqliyyat logistika imkanlarının genişləndirilməsi üçün əlverişli imkanlar yaranır. Zəngilanı Naxçıvanla ayıran cəmi 40-km Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır.
Zəngilanda həyata keçirilən önəmli layihələrdən biri də Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Zəngilan məscididir.
“Torpağa su qarışanda palçıq, qan qarışanda vətən olur” deyiblər. Bu gün Zəngilan azaddırsa biz bu oğullara borcluyuq. Şəhid Mayor Yunusov Rəhim, Kapitan Noçuyev Surxay Əbdül oğlu, Mehdiyev İsmayıl Davud oğlu, Rzazadə Həsən Vüqar oğlu, Müzəffərli Kənan, Yusifov Yusif Oktay oğlu, Məmmədov Əşrəf Elman oğlu və başqaları.
Hər an sizləri hörmət və ehtiramla yad edirik “Qarabağ Azərbaycandır!”
Pirşağı qəsəbəsi, 188 nömrəli tam orta məktəbin
direktoru Sabir Mahmudov