
Əbəs yerə deyildir ki, Anım Gününə həsr olunmuş xatirə lövhəsi məhz Füzuli rayonunun Qaraxanbəyli kəndində inşa edilmişdir. Füzuli rayonu Zəfər salnaməsinin yazılmağa başlandığı, düşmən üçün hərbi-strateji əhmiyyətə malik ərazi idi. Onlar heç təsvvür belə etməzdilər ki, 30 ilə yaxın müddətdə ovuc içi qədər bələd olduqları bu istiqamətdən birinci müdafiə xəttini yararaq biz Zəfər yürüşümüzə başlayarıq. 44 gün ərzində Azərbaycan ordusu hər gün irəliyə gedirdi. Biz bununla, erməni uydurmalarının da, yaratdıqları “yenilməz erməni ordusu” və bunun kimi onlarla mifologiyanı da məhv etdik. Beləliklə, erməni mifologiyası tarixin yaddaşından silinməyə Füzuli şəhərindən başladı.
Cənab Prezident İlham Əliyevin Füzuliyə səfərləri isə azad olunmuş torpaqlarda quruculuğun canlı salnaməsinə çevrilib. 16 noyabr 2020 – Azərbaycan bayrağının Füzulidə ucaldılması, Zəfər yolunun təməlqoyması, 14 yanvar 2021 – Füzuli-Şuşa yolunun və Füzuli hava limanının təməlinin qoyulması, 26 oktyabr 2021 – Cəmi 8 ayda inşa olunan Füzuli Beynəlxalq Hava Limanının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə açılışı, 23 avqust 2023 – Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birgə məktəb açılışı, 12 mart 2024 – Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Uşaq Yaradıcılıq Mərkəzinin açılışı, Qırğızıstan Prezidenti Sadır Japarovla birlikdə Füzuli şəhərinin baş planı ilə tanışlıq, 17 may 2024 – Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Füzuliyə səfər dostluğun və qardaşlığın nümunəsidir.
Qürurverici haldır ki, bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha da işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Möhtərəm Prezident İlham Heydər oğlu Əliyevin əlindədir.
Vüqar Muradov-YAP Sabunçu rayon təşkilatının fəal üzvü, Vətən müharibəsi iştirakçısı