Prezident MDB ilə bağlı sazişi təsdiqlədi

Prezident MDB ilə bağlı sazişi təsdiqlədi “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” Azərbaycanın ona dair müvafiq qeyd-şərti ilə təsdiq edilib.

“Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qeyd edək ki, sənəd MDB Hökumət Başçıları Şurasının 2022-ci il oktyabrın 28-də keçirilmiş iclasında imzalanmışdı.

Oxşar xəbərlər