
44 günlük müharibədə cənab prezident İlham Əliyevin güclü siyasəti və müzəffər ordumuzun şücaəti sayəsində “Zəfər tariximizi “yazdıq. Bu tarix işğalda olan ərazilərin çiçəklənməsinə səbəb oldu. İşğaldan azad olunan ərazilərdən biri də Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edən Fizuli rayonu idi. Cənab prezident, Ali Baş Komandan İlham Əliyev işğaldan azad olunan əraziləri hər zaman diqqətdə saxlayır və bu ərazilərdə yenidənqurma işlərinin aparılmasına dair sərəncamlar imzalayır.
Beləki , cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmişdir. Bu Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.işğaldan azad olunan Füzulu rayonunda ilk iş 16.10.2020 tarixində Azərbaycan bayrağının ucadılması oldu.Bundan sonra şəhərdə yenidənqurma işləri dayanmadan gedir və ilk əvvəl yollar abadlaşır. Füzuli – Hardrut avtomobil yolunda da inşa işləri davam edirdi. Yeni gözoxşayan yollar salınırdı. 14 yanvar 2021 tarixində Fizuli – Şuşa avtomobil yolunun yəni, Zəfər yolumuzun təməlqoyma mərasimi olub. 17 Oktybar 2021 tarixində isə dövlətimizin başçısı cənab prezident İlham Əliyev Füzuli-Ağdam avtomobil yolunun təməlini qoyub.Cənab prezident bu layihələri müntəzəm olaraq yoxluyur və nəzarətdə saxlayırdı. Buna görə cənab prezident İlham Əliyev Füzuli rayonuna dəfələrlə səfərlər edib və gedən işlərlə yaxından maraqlanıb. Bu isə əldə etdiyimiz qələbənin, uğurun qorunub saxlanmasının və dilbər guşələrimizin daha da gözəlləşməsinin baris nümunəsidir.
Necə ki, Ulu öndər Heydər Əliyev demişdir: “Bir ölkəni əldə etmək asandı,əsas onu qorumaqdır”. Ulu öndərimiz Heydər Əliyevin davamçısı olan və onun siyasətini daha da iri və inamlı addımlarla davam etdirən cənab İlham Əliyev bu fikrin baris nümunəsidir. Cənab prezident İlham Əliyevin güclü siyasəti sayəsində bu gün düşmən bizdən qorxur və yaxınımza gəlməyə belə cəsarət etmir
Yolların bərpası ilə yanaşı başqa irimiqyaslı infrastruktur layihələr icra olunurdu. Beləki, 14 yanvar 2021 tarixində Füzuli rayonunda hava limanının təməl qoyma mərasimi baş tutdu. Tikinti getdiyi ərazi döyüş bölgəsi olduğu üçün düşmən tərəfindən minalanmışdır. Ərazi İngiltərə istehsalı olan aparatla minalardan təmizlənmiş və gedən tikinti işləri 24 saatlıq iş rejiminə keçirilmişdir. 2021 -ci il oktyabrın 26 -da hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Türkiyə prezidenti Rəcab Taib Ərdoğan da iştirak etmişdir. Bu görüş qardaşlığımızın, dostluğumuzun qırılmaz olduğunu göstərmiş və düşmən tərəfi daha da qıcıqlandırmışdır.
Cənab prezident İlham Əliyev ərazidə yaşayan əhalinin sağlamlığını da düşünmüş və səhiyyə sistemində apardığı uğurlu islahatlar nəticəsində bir neçə kəndlərdə (Əhmədbəyli, Mahmudlu- 2, Murtuzalılar və Qarabağ) ərazisində müasir tələblərə uyğun xəstəxanalar tikilmiş və sakinlərin istifadəsinə verilmişdir. Füzuli rayonunda əhalinin sağlamlığı daim diqqət mərkəzində saxlanılır və son illər rayonda yeni səhiyyə sağlamlıq ocaqları tikilir, təmirə ehtiyacı olan xəstəxanalar təmir edilir və tibbi avadanlıqla təchiz olunur. Bu da Cənab prezident Ali Baş Komandan İlham Əliyevin xalqımıza və ölkəmizə olan sevgi və qayğısından irəli gəlir.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Könül Həsənova