Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Türkiyə və Azərbaycanın iqtisadi münasibətlərinin inkişafında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi mühüm rol oynamışdır. Bundan əlavə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi nəticəsində hər iki ölkə arasındakı xarici ticarət əlaqələri daha da genişlənmişdir. Bu dəmiryolu xətti ilə nəinki iki ölkə arasındakı iqtisadi əlaqələr güclənmişdir, həmçinin Azərbaycanın Orta Asiyadan gələn yüklərin Türkiyə vasitəsilə dünya bazarına keçidində də, əhəmiyyətli rol oynamışdır. Son statistikalar göstərir ki, dəmiryolu xətti hər iki ölkəyə həm iqtisadi, həm də siyasi dividentlər qazandırır.
Zəngəzur dəhlizinin açılması türk dünyasının coğrafi birləşməsidir. Zəngəzur dəhlizinin bu baxımdan əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Prezident İlham Əliyev 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı bildirib ki, “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”. Bu vacib məqam da öz növbəsində Azərbaycan iqtisadiyyatının inkişafına təkan verəcək.
Pirşağı qəsəbəsi, Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli məktəbin
Kimya-Biologiya müəllimi Lətifə Mustafayeva