Azərbaycanın 44 günlük Vətən Müharibəsində Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də, Naxçıvandan birbaşa Azərbaycana uzanan koridorun açılmasıdır. Bu, böyük müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Üçtərəfli bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir. Bu tarixi qələbə nəticəsində Azərbaycan xalqı 101 il sonra yenidən Zəngəzura qayıda biləcək.
Bəs necə oldu ki, Zəngəzur Ermənistana verildi?
Rusiya ilə İran arasında Gülüstan(1813) və Türkmənçay(1828) müqavilələrinin imzalanmasından sonra ermənilərin Zəngəzur bölgəsinə kütləvi köç prosesi başladı.
XX əsrin əvvəllərindən etibarən isə ermənilər Zəngəzuru ələ keçirmək üçün hərəkətə keçdilər.
Ermənilər ilk dəfə 1905 – 1906 – cı illərdə silah gücü ilə Zəngəzuru ələ keçirməyə cəhd etdilər. Cənubi Qafqazın türk – müsəlman əhalisinə qarşı kütləvi qırğınlar törətdilər.1918 –1919- cu illədə Zəngəzuru ələ keçirmək üçün Andranikin quldur dəstəsinin fəaliyyəti başladı.1919 – cu ilin yanvarında Xosrov bəy Sultanovun general - qubernator təyin edilməsindən sonra, Andranikin və digər erməni quldurlarının basqınlarına son qoyuldu.
1919 – cu ilin Tiflis danışıqlarından sonra imzalanan sazişə əsasən bütün mübahisəli məsələlərin silah işlətmədən, danışıqlar yolu ilə həll edilməsi haqqında hər iki tərəf öhdəlik götürdü və AXC hökuməti silahlı qüvvələrini Zəngəzurdan çıxartdı. Bu fürsətdən yararlanan işğalçı Ermənistan hökuməti bölgəyə dərhal əlavə nizami qoşun yeritdi.
1920 – ci ilin aprel istilasından sonra erməni hərbi birliklərinin əl – qolu bir az da uzandı. 1920 – ci ilin avqust ayındaSovet Rusiyası və Ermənistan Respublikası arasında imzalanan sazişə əsasən Azərbaycanın Şərur – Dərələyəz bölgəsinin Ermənistan Respublikasına verilməsi nəzərdə tutulurdu. Hətta əzəli torpaqlarımız olan Zəngəzur, Naxçıvan , Qarabağ “mübahisəli ərazi” hüsab edilirdi. 1921 – ci ildə Zəngəzur iki hissəyə bölündü və Qərbi Zəngəzur Ermənistana birləşdi. Zəngəzurun Şərq hissəsi (Laçın, Qubadlı, Zəngilan) isə Azərbaycanın tərkibində qaldı.1929 – 1930 – cu illərdəOrdubad və Zəngilan rayonlarının bəzi kəndləri hesabına yaradılmış Mehri rayonu Ermənistana verildi. Nəticədə, Naxçıvan MSSR Azərbaycanın əsas hissəsindən ayrı salındı.
1988 – 1991 – ci illər arasında ermənilər Azərbaycanın Zəngəzur bölgəsində yaşayan soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti başlatdılar. 1991 – 1994 – cü illərdə isə xarici qüvvələrin köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafdakı 7 bölgəni işğal etdi. Beləliklə, Zəngəzurun şərq hissəsi də işğal edildi.
Zəngəzur dəhlizi Sovet Rusiyası tərəfindən Naxçıvan və Azərbaycan arasında bir barrikada rolu oynayırdı. Bu dəhliz eyni zamanda Türkiyə ilə Azərbaycan arasında coğrafi divarı möhkəmləndirmişdi. Türkiyə ilə türk dünyasının inteqrasiyasına mane olmuşdur.
Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz2020 – ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən Müharibəsində Şərqi Zəngəzuru işğaldan azad etdi.
Zəngəzur dəhlizinin yaradılması milli və tarixi maraqlara cavab verir. Bu dəhlizin yaradılması artıq tarixi bir zərurətdir. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin bir damarı açılacaq və bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək.Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Bu da öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm
də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkələrin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.
Ermənistan öz qonşularına qarşı 30 ilə yaxın müddətdə həyata keçirdiyi təcavüzkar siyasət əvəzinə regional əməkdaşlığı seçərsə, onlarda Zəngəzur dəhlizindən faydalana biləcəklər. Əks təqdirdə, Ermənistanda yüksək işsizlik səviyyəsi, mühacirət və yoxsulluqla müşayiət olunan vəziyyət hökm sürəcək.
Ali Baş Komandanımızın dediyi kimi, “Ermənistan rəhbərliyi bu dəhlizin açılmasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Biz onları buna məcbur edəcəyik”.
Pirşağı qəsəbəsi, Akademik X. Yusifzadə adına 112 № li məktəbin
tarix müəllimi Şahnaz Quliyeva