“Müharibənin nəticələrindən biri də, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir.”
Azərbaycan prezidenti İlham Əliyev
Son vaxtlar nəinki Azərbaycanda, həm də bir sıra ölkələrdə geniş müzakirə olunan məsələlərdən biri Zəngəzur dəhlizidir. Bu da səbəbsiz deyil. Azərbaycanın qədim guşələrindən olan Zəngəzur İrəvan xanlığının mahallarından biri oub olduqca stateji mövqeyə malikdir. Tarix boyu türk ellərinin yaşayış məskəni olan Zəngəzurda 1828- ci il Türkmənçay müqaviləsindən sonra Çar Rusiyası tərəfindən İran və Osmanlı imperiyasından köçürülən ermənilərlə nəskunlaşdırılmağa başladı. Nəticədə burada əsrlər boyu movcud olan etnik tərkib dəyişdirildi. Azərbaycan Xalq Cumhuriyyəti yaradılandan sonra Zəngəzur mahalı erməni iddialarına baxmayaraq Azərbaycan ərazisi kimi tanindı. 1920-ci ildə sovet işğalından sonra da bu ərazilər Azərbaycan ərazisi kimi tanınsa da sonralar Rusiranın təzyiqi ilə Zəngəzur Ermənistana verildi. Naxçıvan Azərbaycanın əsas ərazilərindən ayrı salınmaqla yanaşı 1921-1988-ci illərdə Zəngəzurun 121 kəndi yer üzündən silinərək minlərlə azərbaycanlı dədə-baba torpaqlarından didərgin salındı. Ermənistan tərəfi Zəngəzur torpaqlarından keçən bütün kommunikasiya xətlərini bağladı.
Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanat vəziyyəti kökündən dəyişdi və regiondakı bütün ölkələr üçün real əmakdaşlıq imkanı yaratdı. Söhbət ötən il sentyabrın 27-də başlanıb 44 gün davam edən və Azərbaycanın müzəffər ordusunun parlaq qələbəsi və vətənimizin ərazi bütövlüyü ilə nəticələnən İkinci Qarabağ müharibəsinə son qoyan bəyanatdan gedir.Üçtərəfli bəyannamə təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Regionda nəqliyyat əlaqələri Ermənistanın təxminən 30 il idi davam etdirdiyi işğalçı siyasət nəticəsində məhdudlaşıb. Üçtərəfli bəyannamənin 9-cu maddəsi bu əlaqələrin bərpasını nəzərdə tutur. Həmin maddədə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Bu gün respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak
edir, həm birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına mühüm təsir göstərir, həm də maliyyə dəstəyi nümayiş etdirir. Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.
Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə im kan verəcək.Ermənistan isə Zəngəzur dəhlizinin qeyd edilən üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər. Əks halda, təcavüzkar siyasətindən əl çəkməsə, bu ölkədə işsizlik səviyyəsi daha da artacaq, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət getdikcə ağırlaşacaq, düşmən respublikada xaos və özbaşınalıq daha da dərinləşəcək.
Sabunçu rayonu Zabrat qəsəbəsi X.Vəliyev adına 75 saylı məktəbin tarix müəllimi Hüseynov Asif