ABŞ prezidenti Donald Tramp miqrantlarla bağlı yeni açıqlama verib.
"Ölkə.Az" xəbər verir ki, ABŞ administrasiyası 1.8 milyon qeyri-qanuni miqranta vətəndaşlıq verməyə hazırlaşır. Bu miqrantlar ABŞ ərazisinə uşaq yaşlarında gəliblər.
Tramp Konqresdə "Ölkənin vəziyyəti" adlı çıxışında deyib: "Sistem olaraq birinci hədəfdə valideynləri tərəfindən uşaq yaşlarında ABŞ-a gətirilən 1.8 milyon nəfərə vətəndaşlıq verməyi təklif edirik. Bu rəqəm, sabiq administrasiyanın ehtimal etdiyi rəqəmdən üç dəfə çoxdur. Planımıza əsasən, təhsil və əmək tələblərini yerinə yetirən, yaxşı xarakter sərgiləyənlər ABŞ vətəndaşı ola bilər".
Qeyd edək ki, ABŞ-da 10 milyondan çox qeyri-qanuni miqrant var.