Trampdan yeni bəyanat — Putinlə görüşə hazıram

Trampdan yeni bəyanat — Putinlə görüşə hazıram ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiya tədbirindən sonra Putinlə görüşə hazır olduğunu bildirib.

Tramp bu barədə nüfuzlu "The Wall Street Journal" mətbuat orqanına müsahibəsində açıqlama verib.

Tramp deyib: "Belə başa düşürəm ki, ruslar görüşmək istəyir. Şəxsən mən buna yaxşı yanaşıram".

Qeyd edək ki, bir müddət əvvəl Donald Tramp Barak Obamanın Rusiya əleyhinə tətbiq etdiyi sanksiyaları bir müddət qüvvədə saxlamaq niyyətində olduğunu bildirmişdi. Eyni zamanda Tramp qeyd etmişdi ki, gələcəkdə sanksiyaların ləğvi istisna deyil.

Oxşar xəbərlər