Tramp Las-Veqas terroru barədə danışdı — ŞOK AÇIQLAMA

Tramp Las-Veqas terroru barədə danışdı — ŞOK AÇIQLAMA ABŞ-ın prezidenti Donald Tramp sentyabrın 2-də Las Veqas şəhərində baş vermiş terrorla bağlı açıqlama verib.


AZTB.info xəbər verir ki, Tramp hadisənin motivlərinin açılmadığını deyib. Onun sözlərinə görə, hazırda qanlı hadisə Amerika hüquq-mühafizə orqanları tərəfindən diqqətlə araşdırılır.

Tramp hadisəni xəstə və ağlı başında olmayan biri tərəfindən törədilən qanlı cinayət adlandırıb. O, çıxışında “terror” sözünü işlətməyib.
“Hazırda bu hadisə araşdırılır. Hələlik baş verən hadisənin dəqiq səbəbləri məlum deyil. Hansısa məlumat olarsa. Biz dərhal xəbər verəcəyik”, - deyə Tramp bildirib.

Qeyd edək ki, sentyabrın 2-də ABŞ-ın Las Veqas şəhərində silah səsləri eşidilib. “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçıları atəşə tutulub. Hadisə nəticəsində 58 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib. Bu vaxt onun yanında bir qadının olduğu ehtimal edilir. Polis hazırda qadını axtarır.

Oxşar xəbərlər