ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla bağlı strategiyasına dair nitq söyləyəcək.
“Ölkə.Az” xəbər verir ki, çıxış bu gün baş tutacaq. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bildirib. Onun sözlərinə görə, məhz bu çıxışında Tramp İranla bağlanmış nüvə sazişinə dair qərarını bildirəcək.
“Prezident cümə günü saat 12.45-də (Bakı vaxtı ilə 20.45-də) strategiya ilə bağlı nitq söyləyəcək”, - deyə S.Sanders bildirib.
S.Sanders deyib ki, ətraflı məlumatlar sonradan veriləcək.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl "Washington Post" qəzeti Trampın bu barədə qərarından yazmışdı. Bildirilirdi ki, ABŞ prezidenti Donald Tramp İranla imzalanan nüvə müqaviləsini 12 oktyabr tarixində ləğv etməyə hazırlaşır. Yazılanlara görə, vəzifəyə başladığı gündən İranla imzalanan nüvə müqaviləsini tənqid edən Tramp yeni həmləyə hazırlaşır. Donald Tramp Barak Obama tərəfindən imzalanan nüvə müqaviləsini ləğv etməyə hazırlaşır. Xəbərə əsasən, Tramp 12 oktyabr tarixində Orta Şərq haqqında çıxış edəcək və İrana aid planını elan edəcək.
Xatırladaq ki, Amerika ilə Rusiyanın münasibətlərinin kəskinləşməsindən sonra İranla müqavilə bağlanılıb. Bu zaman Rusiyanı çökdürmək üçün bütün dövlətlərə imkan verildi ki, neft və qazdan rahat şəkildə istifadə etsinlər. Ona görə də, bu müqavilə ilə İran təbii sərvətlərini dünya bazarına çıxara bildi. Bununla İran üçün böyük imkanlar yaradıldı.