ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp hərbi liderlər və onların xanımları ilə Ağ Evdə görüş keçirib.
Görüşdən sonra xatirə fotosu çəkdirəndə ABŞ lideri yeni fikir səsləndirib.
Foto çəkilərkən Tramp "Bunun nə mənaya gəldiyini bilirsinizmi? Bəlkə fırtına öncəsi səssizlikdir"-deyib. Bu sözlərdən sonra "nə fırtınası cənab prezident?" - sualına isə "görəcəksiniz" - cavabını verib.
Ağ Evdə yüksək çinli zabitlərlə görüşən Tramp Şimali Koreya problemi və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məsələsi ilə bağlı çıxış edib: "Şimali Koreyada hədəfimiz nüvə silahlarını ləğv etməkdir. Bu diktatorluğun, ölkəmizi və ya müttəfiqlərimizi hədələməsinə icazə verə bilmərik. Bunun qarşısını almaq üçün lazım olan hər addımı atacağıq. İnanın mənə, lazım olan kimi bütün addımlar atılacaq".