Donald Tramp nə qədər maaş alacağını açıqladı

Donald Tramp nə qədər maaş alacağını açıqladı ABŞ-da prezident seçilmiş Donald Tramp bütün dünya mediasının diqqət mərkəzindədir.

Tramp ABŞ-ın populyar CBS telekanalına geniş müsahibə verib.

Müsahibəsində ölkədaxili və beynəlxalq məsələlərdən danışan Donald Tramp prezidentlik maaşı, müsəlmanlara münasibəti haqda verilən sualları da cavablandırıb.

"ABŞ prezidenti kimi iylik maaşım 400 000 dollardır. Mən bu maaşı almayacam, amma qanunla almalı olduğuma görə simvolik olaraq 1 dollarını götürəcəm. Müsəlmanlara gəldikdə isə, əgər onlar mənim prezident seçildiyimi dəhşətli hadisə kimi qəbul edirlərsə, bu çox pis haldır. Media mənim bu barədə dediyim sözlərin çoxunu şişirdərək və təhrif edərək yayıb", - deyə Tramp vurğulayıb.

Oxşar xəbərlər