Trampdan qəribə qərar- İspanlar çox qəzəbləndi

Trampdan qəribə qərar- İspanlar çox qəzəbləndi ABŞ prezidenti Donald Tramp öz vəzifəsinin icrasına başlayandan sonra ilk olaraq Ağ Evin rəsmi internet səhifəsindən ispan-dilinin çıxarılmasına dair qərar qəbul edib.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, yeni prezidentin bu addımı İspaniyada hökumət və müxalifət tərəfindən etirazla qarşılanıb.

İspaniya Xarici işlər naziri Alfonso Dastik Barselonada keçirdiyi mətbuat konfransında bununla bağlı açıqlama verib: “Ağ Evin internet səhifəsinin idarəsi ABŞ-ın daxili məsələsidir, lakin buna görə kədərləndik”.

Amerikada 52 milyon insanın ispan-dilində danışdığını xatırladan nazir “Bu dilin aradan qaldırılması bizə yaxşı fikir kimi gəlmir. ABŞ-da yaşayan və ispan-dilində danışan vətəndaşlarla dialoq yolları nə qədər çox açıq olarsa, o qədər yaxşıdır” deyə bildirib.

İspaniya ədliyyə naziri Rafael Katala jurnalistlərə açıqlamasında Ağ Evin bu addımı atmasında bir anlam görmədiyini söyləyib.

Ölkənin rəsmi dil qurumu olan Kral Akademiyasının direktoru Dariyo Villanuyeva da Trampın qərarından danışıb: “Bu məsələ sadəcə İspaniya hökumətini deyil, bu dildə danışan 22 ölkəni maraqlandırır. Təəssüf ki, Donald Trampla bağlı öncədən səsləndirilən tənqidi fikirlər özünü doğruldur”.

Oxşar xəbərlər