Əli Əliyev: Əhməd Əhmədzadənin rəhbərliyi altında son illər böyük nailiyyətlər əldə edilib

Əli Əliyev: Əhməd Əhmədzadənin rəhbərliyi altında son illər böyük nailiyyətlər əldə edilib Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır.

Bu gün Azərbaycan üçün qarşıya qoyulmuş ən mühüm məqsədlərdən biri də iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Kənd təsərrüfatının ən önəmli sahələrindən biri isə əlbəttə ki, əkinçilikdir. Məlum olduğu kimi Azərbaycan kifayət qədər mürəkkəb relyefə və təbii iqlim şəraitinə malik olan bir ölkədir. Bu səbəbdən də respublikanın əksər ərazilərində əkinçiliklə məşğul olmaq, yalnız süni suvarmaların aparılması və müvafiq meliorasiya tədbirlərinin həyata keçirilməsi ilə mümkündür. Bu xüsusda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti də qarşıya qoyulan məqsədlərə çatmaq yönümündə xüsusi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, ASC-nin sədri Ə.Əhmədzadənin rəhbərliyi altında, xüsusilə son illər, bu qurumun fəaliyyəti bir sıra böyük uğur və nailiyyətlərlə əlamətdar olub.

Ölkəmizdə meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır.. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.

Qeyd etmək lazımdır ki, ötən illər qazanılmış nailiyyətlər bu il də uğurla davam etdirilir. Dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.

Ağcabədi rayon suvarma sistemləri idarəsinin rəisi Əli Əliyev



Oxşar xəbərlər