Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli, 372 nömrəli Fərmanı ilə yaradılmışdır.
Əhməd Əhmədzadə : Azərbaycanda su axınının əsas hissəsi qış-yaz dövrünə düşən və ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanmış dağ çaylarının əksəriyyəti kənd təsərrüfatı bitkilərinin suya olan tələbatının daha çox olduğu yay aylarında quruyur. Buna görə gursulu dövrlərdə bu çayların su ehtiyatlarından səmərəli istifadə edilməsi və baş verə biləcək sel və daşqın təhlükəsinin qarşısının alınması üçün onların üzərində yeni su anbarları tikilməlidir. Lakin su ehtiyatlarından istifadənin səmərəsini artırmaq, suvarılan torpaqların su təminatını və meliorativ vəziyyəti yaxşılaşdırmaq məqsədilə həlli vacib olan bu məsələ hələ də qalmaqdadır.
Lakin hələ də həyata keçirilməyən məsələlər sırasında su itkilərinin qarşısının alınması üçün 75%-dən çoxu torpaq məcralı olan mövcud suvarma sistemlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması, onların beton üzlüyə alınması, müasir təsərrüfatçılıq prinsipləri nəzərə alınmaqla, suya qənaətedici mütərəqqi suvarma texnikası və texnologiyalarının (süni yağışyağdırma, damcı və sair üsullar) tətbiqi, sel və daşqınların zərərli təsirindən yaşayış məntəqələrinin, kənd təsərrüfatı ərazilərinin və infrastruktur obyektlərin mühafizəsi məqsədilə sel və daşqın təhlükəli çaylarda kompleks tədbirlərin, o cümlədən müdafiə bəndlərinin tikilməsi, çay məcralarının kanallaşdırılması kimi mühəndisi tədbirlərlə yanaşı, çay hövzələrində meşəsalma və ot örtüyünün bərpası, xəbərdarlıq sisteminin yaradılması və digər tədbirlərin həyata keçirilməsi, ölkədə meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin daha geniş miqyasda davam etdirilməsi qarşımızda duran əsas vəzifədi.
Ölkəmizdə meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır.. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur.
Meliorasiya və su təsərrüfatı tərəfindən indiyənə kimi Respublikanın suvarılan torpaqlarının 43 faizində (609 min hektar) kompleks meliorasiya işləri aparılmışdır. 288 min hektar sahə açıq, 308 min hektar sahə örtülü, 13 min hektar sahə şaquli drenaj şəbəkələri ilə əhatə olunmuşdur.
Drenləşmiş sahələrdə 9569 km açıq, 9236 km qapalı drenaj şəbəkələri, 6157 ilkin yığıcı kollektorlar, 4678 km magistral kollektorlar (cəmi 29640 km) tikilib istifadəyə verilmişdir.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərliyi ilə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində görülən işlər danılmazdır. Qeyd etmək lazımdır ki, ötən illər qazanılmış nailiyyətlər bu il də uğurla davam etdirilir. Dövlət başçısının ölkə melioratorlarının əməyinə və bu sahənin roluna verdiyi yüksək qiymət melioratorlarımızı daha səylə işləməyə və daha böyük nailiyyətlər qazanmağa sövq edir.
Qarayaxmalarla, böhtan, şərlə iş görməyə artıq adət etmiş bir sıra üzdəniraq qəzetlər “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəni hədəfə götürüblər. Xəbər portallarının bəzilərində rast gəlinir ki, onların məqsədi Əhməd Əhmədzadənin gördüyü işlərə kölgə salmaqdır. Əslində çox dəqiq yanaşmadır. Çünki bu vəzifəyə təyin olunan Əhməd Əhmədzadənin ən qısa müddətdə rəhbərliyi altında “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində görülən böyük işlər və uğurlar göz qabağındandır. Bunu unutmaq olmaz.