Azərbaycan hökumətinin nəzərdə tutduğu struktur islahatlarları çərçivəsində "Azərsu" ASC-nin ləğvi və funksiyalarının Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı ASC-nin arasında bölüşdürülməsi layihəsi də var
Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, bu layihə çoxdan nəzərdən keçirilir: "Bununla yanaşı, başqa alternativ layihələr də var. Alternativ layihəyə görə, Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ləğvi nəzərdə tutulur. Ləğv ediləcək nazirliklərin və ASC-nin bazasında Kənd Təsərrüfatı və Ekologiya Nazirliyinin yaradılması layihəsi var: Aqrar sektorun priortitet elan edilməsi və eyni zamanda büdcə xərclərinin optimallaşdırılması iki nazirliyin birləşdirilməsini zəruri edir. Yeni nazirlik daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq. Ona görə də hansı layihənin üzərində dayanılacağını söyləmək çətindir. Bu siyasi rəhbərliyin iradəsindən asılı bir məsələdir".
Mənbənin bildirir ki, başqa bir varianta görə, "Azərsu" ASC-nin Fövqəladə Hallar Nazirliyinin nəzdində olan Su Ehtiyatları Dövlət Agentliyinə birləşdirilə bilər: Hər bir variant müzakirə edilir. Yəqin ki, son vaxtlar yekun qərar bilinəcək".