Meliorasiya və su təsərrüfatı ölkənin milli iqtisadiyyatının, xüsusi ilə kənd təsərrüfatının, əhalinin ərzaq məhsuları ilə etibarlı təminatının həllində mühüm rol oynayır. Ölkəmizdə meliorasiya və irriqasiyanın inkişafı, bu sahədə aparılan islahatlar, böyük quruculuq işləri, geniş meliorasiya potensialının yaradılması və perspektiv proqramların qəbul edilməsi dünya siyasətinin tanınmış lideri, müdrik və uzaqgörən siyasətçinin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyətinin, zəhmətinin və siyasətinin bəhrəsi olmuşdur.
Respublikada kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasının meliorasiya və su təsərrüfatı sahəsini inkişaf etdirmədən mümkün olmadığı Ulu Öndərimiz tərəfindən böyük uzaqgörənliklə qeyd olunmuş və onun bu sahəyə xüsusi diqqət yetirməsi nəticəsində kənd təsərrüfatında böyük nailiyyətlər əldə olunmuşdur. Ümumiyyətlə, Ulu Öndərimizin respublikamıza rəhbərliyi dövründə meliorasiya fondu 2 dəfədən çox artmış, məhz bu fondların yaradılması hesabına torpaqların məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı bir neçə dəfə artmışdır.
Çox böyük fəxrlə qeyd etmək istərdik ki, Ulu Öndərimizin bu sahədəki siyasəti və ideyaları Möhtərəm Prezidentimiz Ilham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Meliorasiya və su təsərrüfatı sahəsində təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bir çox layihələr Möhtərəm Prezidentin yaxından köməkliyi və diqqəti sayəsində başa çatdırılmış, bir çox layihələr və tədbirlər isə hazırda uğurla həyata keçirilir.
Tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə imkan yaranacaqdır.