“EVRASCON” ASC-də həyata keçirilən yüksək səviyyədə işlər

“EVRASCON” ASC-də həyata keçirilən yüksək səviyyədə işlər “Azərkörpü” Bakı şəhərində SSRİ-nin Nəqliyyat tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılmış və fəaliyyətə «Mostootryad-100» kimi başlamışdır. Bu müddət ərzində müəssisə Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində zəngin təcrübə toplamışdır. 2001-ci ildə həyata keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu almışdır.


Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC adını dəyişərək “EVRASCON” ASC olmuşdu.

Ölkənin tikinti sektorunda böyük paya sahib olan şirkətlərdən “EVRASCON” Açıq Səhmdar Cəmiyyətində uğurlu işlərdən bir çoxlarının xəbəri var. ASC-də düzgün gedən işlərlə bağlı bu günə qədər mətbuat səhifələrində xeyli sayda məlumat gedib. Saytımızda şirkətin fəaliyyətindəki fəal işlər haqqında materiallar dərc olunub. Qısaca bildirək ki, şirkətin rəhbəri Əfəndi İsmiyevlə müavini Manaf Şirinov bu yolda düzgün işlər həyata keçirərək dəfələrlə Prezidentin güvəninin qazanmışlar.

Bu uğurlu işlərə yol göstərən şəxslərdən biri də «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadədir. Bu şəxslər uzun müddətdir ki, Respublikamızda gedən tikinti işlərində birlikdə addımlayırlar . Onların arasındakı münasibət isə iş fəaliyyəti ilə daha da möhkəmlənib: «Bu gün «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin tikinti işləri ilə əlaqədar “EVRASCON” ASC əsas yer tutur. Əfəndi İsmiyevin rəhbərlik etdiyi şirkəti müxtəlif layihələrdə iştirak edir. Və bununla bağlı görülən işlərdə “EVRASCON” ASC həmişə laiqli işlər görərək qalib gəlir. Fəaliyyətdə olduğu sektorlar Tikinti, Təmir və Təkmilləşdirilmə, Binaların yenidən qurulması və təmiri, Xüsusi tikinti avadanlıqları, Tikinti alətləri avadanlıqları və tikinti texnikası, Tikinti layihələri, Yol tikintisi və s.

Azərbaycan bazarında çoxillik təcrübəsini tətbiq etməklə və mülkü və sənaye obyektlərin tikintisi sahəsində aparıcı şirkətlərdən biri olaraq, “EVRASCON” ASC şirkəti işlərin yerinə yetirilməsində istehlakçıların ən yüksək tələblərinə cavab verən daimi keyfiyyətə zəmanət verir və aşağıdakı tapşırıqları yerinə yetirməklə, keyfiyyət sahəsində siyasət aparmağı öz öhdəsinə götürür:

- Şirkətin yüksək və rəqabətə davamlı səviyyədə qalmasını təmin etmək üçün yeni texnologiyaların mənimsənilməsi və tətbiq olunması.
- İşlərin ciddi surətdə peşəkar və dövlət normalarına uyğun şəkildə həyata keçirilməsi.


“EVRASCON” ASC Azərbaycan xalqının həyat səviyyəsini yaxşılaşdırmaq və ölkənin iqtisadi inkişaf yolu ilə

irəliləməsinə kömək etmək üçün əlindən gələni edir.

Oxşar xəbərlər