Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi bundan sonra da fəaliyyətini yüksələn xətt üzrə davam etdirəcək - ÖZƏL

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi bundan sonra da fəaliyyətini yüksələn xətt üzrə davam etdirəcək - ÖZƏL Ölkəmizdə meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır.. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur. Bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin regionun lider dövlətinə çevrilməsindən, sürətlə inkişaf edən iqtisadiyyatımızdan, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən fərəhlə danışa bilir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsində bundan sonra da fəaliyyətini yüksələn xətt üzrə davam etdirəcək

Azər İsmayılovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, Azər müəllimin adı ölkənin kütləvi informasiya vasitələrində tez-tez çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu, Azər İsmayılovun fəaliyyətinin müəyyən özəllikləri, rəisi olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsi işində müəyyən məqamlarda məxfiliyin gözlənilməsinin vacibliyi ilə əlaqədardır. Lakin Azər müəllimi yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər.

“Qara mətbuat”da Azər İsmayılovun tutduğu vəzifədən kənarlaşdırılacağı haqda yalan xarakterli məlumatların yayılması onu göstərir ki, Azər İsmayılovun dövlətçiliyə sədaqətlə xidmət göstərməsi və həyata keçirdiyi düzgün iş prinsipi kimlərəsə sərf etmir. Onun vəzifədən getməsini arzu edən, yəni buna görə də hörmətli Azər müəllim barədə yalan məlumatlar yayan insanların niyyəti baş tutmayacaq. Hazırda öz vəzifəsini uğurla davam etdirən və Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarının inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin və cənab Əhməd Əhmədzadənin tapşırıqlarını şərəflə yerinə yetirən İdarə rəisi Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsində işlərin yüksək səviyyədə qurulmasına nail olub.

Biz isə əminik ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılov bütün qarayaxmlara baxmayaraq, onlara əhəmiyyət vermədən yoluna yenə də əvvəlki əzm və iradəylə, yüksək peşəkarlıqla davam edəcək, 2021-ci ildə daha böyük uğurlara imza atacaq.

Qanuninfo.az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir


Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi bundan sonra da fəaliyyətini yüksələn xətt üzrə davam etdirəcək - ÖZƏL
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi bundan sonra da fəaliyyətini yüksələn xətt üzrə davam etdirəcək - ÖZƏL
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi bundan sonra da fəaliyyətini yüksələn xətt üzrə davam etdirəcək - ÖZƏL
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi bundan sonra da fəaliyyətini yüksələn xətt üzrə davam etdirəcək - ÖZƏL
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi bundan sonra da fəaliyyətini yüksələn xətt üzrə davam etdirəcək - ÖZƏL

Oxşar xəbərlər