Ermənistanın Şəmkirdə doğulan baş naziri - Şok faktlar

Ermənistanın Şəmkirdə doğulan baş naziri - Şok faktlar Ermənistan prezidenti Serj Sarkisyan son illər ölkədə baş verən ciddi narazılıqları və böhranlardan sonra dayaqlarını möhkəmləndirmək üçün çevrəsini gücləndirməyə çalışıb. 2016 -cı ilin sentyabrında tanınmış milyarderin qardaşı Karen Karapetyanın baş nazir postuna gətirilməsi buna nümunədir

Ulus.Az xəbər verir ki, Femida.az Ermənistanın baş naziri Karen Karapetyanın həyat yolunu və onun ailə biznesini araşdırıb.

Erməni baş naziri Azərbaycanla nə bağlayır?

Rəsmi məlumata görə Karen Karapetyan 14 avqust 1963-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 1970-1980-ci illərdə İrəvanda 128 nömrəli orta məktəbi bitirdikdən sonra İrəvan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib.

Lakin yerli müxalifət onun barədə verilən bu informasiyanın doğru olmadığını yazır. Ermənistanın müxalifət saytı olan epress.am Karapetyan haqqında yaydığı məlumatda onun Azərbaycanın Şəmkir şəhərində anadan olduğunu iddia edib. Sayt 17 dekabr 2010- cu il tarixdə yaydığı məlumatda Karapetyanın Ermənistanın ikinci prezidenti olan Robert Köçəryanın yaxın qohumu olmasını da qeyd edib. Hətta K.Karapetyanın tələbə olarkən R.Köçəryanın atasının evində yaşadığı da məlum olub.(Mənbə: http://epress.am/ru/)

Daha bir erməni saytı Karen Karapetyanın öz doğum yerini planlı şəkildə gizlətdiyini yazıb. 1in.am saytı 16 dekabr 2010-cu il tarixli sayında “ Karapetyanın əsli hardandır?” başlı yazısında onun Robert Köçəryanla eyni kənddən olduğunu yazır.

“Karen Karapetyan Dağlıq Qarabağın Əsgəran rayonunun Daşbulaq kəndində anadan olub. Keçmiş prezident Robert Köçəryanın da əsli o kənddəndir. Buna görə də Karapetyan onunla həmyerli olduğunu gizlətmək üçün kəndin adını qəsdən gizlədib. Axı R.Köçəryan bu gün arzuolunan şəxslərdən deyil”, deyə sayt yazır.
Ermənistanın Şəmkirdə doğulan baş naziri - Şok faktlar

Natamam ali təhsilli erməni baş nazirin əmək fəaliyyəti.

K.Karapetyanın təhsili ilə bağlı araşdırma aparılan zaman onun natamam ali təhsilli olduğu aydın olur. Belə ki, baş nazir təkcə Ermənistan Dövlət Universitetini bitiməklə kifayətlənib. Həmin universitetin təhsili nəinki dünya, heç Qafqaz regionunda olan standartlara da cavab vermir. Burada daha bir maraqlı cəhət də ortaya çıxır. Karapetyan təhsilini davam etdirmədən 2010- cu ildə iqtisad elmələri doktoru dərəcəsini alıb. Bu məsələ isə uzun müddət Ermənistan mətbuatının əsas müzakirəsi olub.

Rəsmi məlumatlara əsasən əmək fəaliyyətinə 1985- ci ildə başlayan K.Karapetyan daha sonra “Armenergo” nun direktor müavini, direktor, baş direktor vəzifələrində çalışıb. 2001- 2010-cu illərdə isə Rusiyanın Qazprom şirkətinin Mejregionqaz birliyinin direktor müavini işləyib.

2010 – 2011-ci illərdə İrəvanın meri vəzifəsində gətirilən K.Karapetyan bununla da siyasi karyerasında səs-küylü dövrünü yaşayır. O mer vəzifəsinə gəldiyi ilk gündən xırda ticarətçilərin qəniminə çevrildi. Bunun da səbəbi var idi. Karapetyan həmin kiçik ticarət köşklərini sökdürməklə özünün gələcək biznes planlarını qururdu. Onun çirkli pulların yuyulması yolunda ofşor hesablarda olan biznes fəaliyyəti ilə bağlı faktları qarşıda təqdim edəcəyik.

K.Karapetkan mer olduğu dövrdə həm də heyvanların düşməni kimi ad çıxardı. O verdiyi bir qərarla bütün sahibsiz heyvanların məhv edilməsinə göstəriş verdi. Bu isə heyvansevərlər tərəfindən ciddi narazılıq yaratdığı üçün mer qərarını yumşaltmağa məcbur edildi. Yalnız xəstə heyvanların məhv edilməsini göstəriş verdi.

Milyarderin biznesmen nazir qardaşı Sarkisyan üçün baş ağrısıdır.
Ermənistanın Şəmkirdə doğulan baş naziri - Şok faktlar

(Karen Karapetyanın biznesmen qardaşı Samvel Karapetyan)

Ermənistanın baş naziri K.Karapetyan erməni əsilli Rusiya vətəndaşı olan milyarder Samvel Karapetyanın qardaşıdır. Samvel Karapetyan Rusiyada böyük biznes ortaqları kimi tanınır. Bununla da Karapetyanın da məhz Rusiya meyilli siyasətçi olduğu aydın olur. 2016- cı ilin aprel döyüşlərindən sonra böyük məğlubiyyətdən sonra Sarkisyan höküməti yeni dayaqlar yaratmaq məqsədi ilə K.Karapetyanı baş nazir postuna gətirdi. Çünki Ermənistan hakimiyyəti xalq arasında “yenilməz” ordu, “Keçilməz Ohanyan xətti” mifi yaratmışdılar. Lakin Azərbaycan ordusu bir neçə saatın içərisində bu mifi dağıtmaqla Sarkisyan hakimiyyətini ağır duruma saldı. Belə bir çətin durumda Sarkisyana həm də iqtisadi cəhətdən güclü dayağı olan nazir lazım idi. Çünki Qarabağda böyük texnika və şəxsi heyyətin itkisi hökümətin başını ağrıda bilərdi. Bu kriteriyalara isə biznesmen qardaşı Karapetyan cavab verirdi. Karapetyan vəzifəyə gətiriləndən sonra Sarkisyan üçün baş ağrısı oldu. K.Karapetyanın biznesi hesabına özünü gücləndirməsi Sarkisyanı ciddi narahat edir. Karen Karapetyanın mətbuata açıqlamasında 2018-ci ilin aprel ayında keçiriləcək prezident seçkilərindən sonra yenə vəzifəsində qalacağını bildirib. Bu isə Sarkisyanın planlarına uyğun gəlmir.

“Jamanak” qəzeti yazır ki, Ermənistan prezidenti Serj Sarkisyanın prezidentlik müddəti bitdikdən sonra onun yerinə müdaifə naziri Viqen Sarkisyan gətiriləcək. Serj Sarkisyan özü isə baş nazir postuna namizəd olmaq istəyir. K.Karapetyanın isə bu postda olması Sarkisyanın planlarına mane olur. Buna görə də hazırda Sarkisyan və Karapetyan arasında ciddi narazılıq və rəqabət yaranıb.
Hazırda baş nazir postunun sahibi K.Karapetyan bu mübarizədə oğlundan da məharətlə istifadə edir. Oğlu demək olar ki, nazirin əsas silahıdır.

Bəs Karen Karapetyanın oğlu kimdir? Hansı işlərlə məşğul olur?
Ermənistanın Şəmkirdə doğulan baş naziri - Şok faktlar

(Karen Karapetyanın oğlu Tiqran Karapetyan)

Karen Karapetyanın 2 oğul, 1 qız övladı var. Böyük oğlu Tiqran Karapetyan 21 noyabr 1987-ci ildə İrəvanda anadan olub. Ali təhsilini Böyük Britaniyada biznes meneceri ixtisası üzrə alıb. Peşə fəaliyyətinə isə müxtəlif banklarda başlayan T.Karapetyan bir müddət atasının vəzifədə olduğu “Qazprom Ermənistan” da yüksək vəzifələrdə çalışıb.

Onun bu gənc yaşında belə yüksək vəzifələrdə görünməsi də təsadüfi deyil. T.Karapetyan atasının biznesinin əsas idarəçisi və kapital sahibidir. Karen Karapetyanın kapitalından söz düşmüşkən maraqlı bir məqam da ortaya çıxır. Baş nazirin Ermənistanda öz adına heç bir hesab yoxdur. “Joxovord” qəzeti bununla bağlı hazırladığı yazıda Tiqran Karapetyanı “Baş nazirin “qızıl uşağ”ı” adlandırıb. Qəzet baş nazirin var-dövlətindən bəhs edərkən onun ofşor zonada yerləşən mülklərinə də toxunub. Və bütün kapitalların məhz böyük oğlu Tiqran Karapetyanın adına sənədləşdirildiyi qeyd olunur.

2016-cı ildə seçkilər ərəfəsində K.Karapetyan ailəsinin gəlirləri haqqında deklarasiyanı açıqlarkən bu rəqəm 6 milyon dollar civarında olmuşdu.Bu təbii ki, rəsmi açıqlama idi.

Qadın alt paltarı biznesinə baxan erməni baş nazir.

Qəzetin yaydığı materiallardan aydın olur ki, Karapetyanovlar ailəsi qadın alt paltarı istehsalı və satışı ilə məşğul olan “Ed & T Partners” şirkətinin səhmlərinin 50 faizinə sahibdir. Bundan əlavə Karapetyan ailəsinin biznes ortaqları arasında rus iş adamlarının sahibi olduğu şirkətlər də var. Bunlardan biri “Taşir” qrupudur. “Taşir” şirkətinin rəhbəri erməni əsilli Rusiya vətəndaşı Samvel Karapetyandır. O Karen Karapetyanın kiçik qardaşıdır. 90-cı illərin əvvəllərində Ermənistanda kiçik bizneslə fəaliyyətə başlayan Samvel sonradan Rusiyada tanınmış iş adamına çevrilib. Samvel Karapetyan 2016-cı ildə Rusiyanın ən zəngin iş adamları siyahısında 3, 1 milyard dollar kapitalla 28-ci, 2017-ci ildə isə 3, 4 milyard dollar kapitalla 32-ci yerdə qərarlaşıb. (Mənbə: Forbes.ru)

Baş nazir Karen Karapetyanın qardaşı ilə şərik olduğu və ofşor hesabda yaradılan bu şirkət Ermənistana maliyyə yardımı ilə də tanınır. Başqa sözlə Ermənistan hökuməti çirkli pulların yuyulması yolu ilə xaricdən dəstək almaqla hakimiyyətlərini daha da möhkəmləndirir.

Forbes.ru Rusiyanın ən zəngin iş a damlarından bəhs edərkən Karen Karapetyanın qardaşı Samvel Karapetyanın Ermənistana yatırdığı pullardan da söz açır. Misal üçün “Taşir” şirkətlər qrupu 2012- ci ildə Amerika firması olan “Mcdonalds”ı Ermənistana gətirən şirkət olub. Onlar qazandıqları pullardan Ermənistana da maliyyə yatırır.

Məlum olur ki, Samvel Karapetyanın qızı Tatevik Karapetyan Ermənistanda “Cinema Star” sinema şəbəkəsinə nəzarət edir. Samvelin arvadı da bizneslə məşğuldur. O spa-salon biznesinə nəzarət edir.
Ermənistanın Şəmkirdə doğulan baş naziri - Şok faktlar

Erməni baş nazirin ofşor hesablarda yaradılan biznesi

Bundan əlavə Samvel Karapetyan ofşor hesablarda yaradılan biznes hesabına Erməni diasporunu maliyyələşdirən ən böyük iş adamları siyahısındadır.Təkcə 2017-ci ildə dispora Ermənistana 3,2 milyard dollar yardım edib.

Baş nazirin biznes planları və ortaqları bununla bitmir. Tiqran Karapetyan (red- Karen Karapetyanın oğlu) Böyük Britaniyanın adalarında ofşor zonalarda qeydiyyatda olan “Dalma invest” şirkətinin səhmlərinin bir faizinə sahibdir.

Erməni əsilli şəxslərin idarə etdiyi Rusiya şirkəti İrəvanda “Dalma Qarden Mol”un tikintisi üçün 40 milyon dollar pul ayırıb. Həmin mərkəzin 2010-cu ildə İrəvanda açılışı olub. Həmin vaxt Karen Karapetyan İrəvanın meri vəzifəsində təzə təyin olunmuşdu. “Dalma İnvest”in sahibi erməni əsilli Aleksandr Arutyundur.

Erməni baş nazirin ailəsinin adı daha bir ofşor hesabda qeydiyyatda olan şirkətlə də hallanır. Belə ki, T.Karapetyanın “Yerebuni plaza” şirkəti ilə yaxın əlaqələri var. Bu plaza “Kliff Treyd end İnv.İnk” kompaniyasının tərkibinə daxildir.

Karen Karapetyan xaricdə əldə olunan pulların hesabına Ermənistan daxilində də öz ailə biznesini yaradıb. İrəvanda yerləşən “Florens” restoranının sahibi oğlu Tiqrandır. Bu restoran kompleksin tikilməsinin də maraqlı tarixçəsi var. Ermənistanın epress.am saytı 8 noyabr 2011-ci il tarixdə yaydığı məlumatda erməni katoliki II Qareqinin ad gününü məhz bu restoranda etdiyini və restoranın sahibinin Karapaetyan ailəsinin olduğunu təsdiq edir.

Ermənistanın “Aravot” qəzeti 1 sentyabr 2011-ci il sayında İrəvan merinin qızının toyu üçün yeni restoran kompleksinin tikdirdiyini yazır. Bütün bu faktlar onu sübut edir ki, baş nazir qeyri-qanuni yolla əldə edilmiş pulların hesabına Ermənistanda biznes dayaqlarını möhkəmləndirir.

Mətbuat Sarkisyanın əsas rəqibinin əlində cəmləşir.

Sarkisyanın əsas rəqibi olan baş nazir K.Karapetyan mətbuatı da əlində cəmləşdirməyi bacarıb. Bu yolda yenə də böyük oğlu Tiqran Karapetyanın əməyindən istifadə edir. “Bi Bi Media” reklam agentliyi də məhz bu ailəyə məxsusdur.

Son günlər cəbhədə təxribatçı mövzuları yayımlamaqla seçilən “Şant” televisiyası da məhz bu ailəyə məxsusdur. Bu televiziyanı 2011-ci ilin yanvarından Karapetyanın qardaşı Samvel Karapetyan alıb. Bundan əlavə Ermənistanda çıxan bir neçə yazılı mətbuat da bu ailənin nəzarəti altındadır. (Mənbə:”Jamanak” qəzeti. 22 yanvar 2011-ci il)

Kriminal avtoritetlərin himayədarı olan baş nazir

Erməni baş nazirin biznes işlərində qara məqamlar olduğu kimi şəxsi həyatı da ləkəlidir. Yerli mətbuat onu “avtoritetlərin himayədarı” kimi də təqdim edir. Baş nazir İrəvan meri olduğu müddətdə kriminal avtoritetlərlə əlaqəsi üzə çıxıb. Ermənistanın “Jamanak” qəzeti 15 yanvar 2011-ci il tarixli sayında merin “qanuni –oğru”larla əlaqəsini və onları himayə etməsindən bəhs edib. Qəzet yazır ki, Ermənistanda avtoritet kimi tanınan və “Relaks” disko-klubunda qətl törədən Ayk İsraelyan məhz Karapetyan tərəfindən himayə olunur. Ayk kriminal aləmdə məşhur killerlərdən biridir. Qəzet həmçinin onun baş nazirin qardaşı oğlunun xaç atası olduğunu da qeyd edir.

Üzərindən Ermənistanın diplomatik pasportu çıxan kriminal avtoritetin Sarkisyanla birgə fotosu…
Ermənistanın Şəmkirdə doğulan baş naziri - Şok faktlar

Baş nazirin kriminal aləmlə adının hallanması bununla bitmir. Bu ilin mayında Çexiyada tutulan “vor zakon” Ruben Tatulyanın üzərindən Ermənistanın diplomatik pasportunun çıxması bu hakimiyyətin hansı çirkablara batdığını bir daha ortaya qoydu. Primcrime.ru portalının yaydığı məlumatlara görə “Robson” ləqəbli avtoritet “Ded Xasan”ın klanının Soçi üzrə nümayəndəsidir. Və Tatulyan Ermənistanın diplomatik nümayəndəliyi tərəfindən verilmiş 138 D 307 77 RUS diplomatik nömrə nişanlı avtomobildə gəzir. Və saxlanılarkən onun üzərində Ermənistan diplomatik pasportu çıxıb.

Daha sonra məlum olub ki, O, Ermənistan investorları Klubunun üzvüdür. Hansı ki, baş nazir Karen Karapetyan və qardaşı milyarder Samvel Karapetyan da bu klubda “Robson”la çiyin-çiyinədir. Habelə saytın yaydığı fotolarda “Robson” Ermənistan prezidenti Serj Sərkisyanla və oliqarx Qaqik Tsarukyanla (“Tupoy Qaqo”) ilə birlikdədir.Digər fotoda isə biz onu “Ded Xasan”la eyni masa arxasında oturub.

Sadalanan bütün faktlar onu sübut edir ki, Ermənistan hakimiyyəti qeyri-qanuni yolla əldə edilən maliyyənin gücünə qurulan , cinayətkar hərbi-siyasi rejiminin üzərində dayanıb. Bu yolla da işğalçılıq siyasətlərini davam etdirir.
Ermənistanın Şəmkirdə doğulan baş naziri - Şok faktlar

Ermənistanın Şəmkirdə doğulan baş naziri - Şok faktlar

Oxşar xəbərlər