Ermənistan prezidenti Serj Sərkisyanın Moskva səfəri başa çatıb. Dünən - səfərin ikinci günü o, Rusiya baş naziri Dmitri Medvedyevlə də görüşə bilib. Bu da o deməkdir ki, işğalçı ölkə başçısının Moskva ziyarəti təkcə siyasi mövzularla, o sırada 2 aprel seçkiləri və Dağlıq Qarabağ problemi ilə deyil, həm də və daha çox, iqtisadi məsələlərlə ilgili olub.
Söhbət öncəliklə Ermənistanın ildən-ilə ağırlaşan iqtisadi izolyasiya durumunu hansısa şəkildə yumşaltmaqdan, Azərbaycan və Türkiyənin Qarabağa görə tətbiq etdiyi kommunikasiya blokadasını yarmaqdan gedir. Bəllidir ki, ötən ayın sonlarında Ermənistanın baş naziri Karen Karapetyanın Gürcüstana etdiyi iki günlük səfərin əsas məqsədlərindən biri 16 ilə yaxındır işləməyən Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yolunu açmaqla bağlı olub.
Lakin danışıq konfidensial olsa da, sızan məlumatlara görə, erməni baş nazir bəzi ikinci dərəcəli anlaşmaların imzalanmasına rəğmən, Gürcüstandan əliboş qayıdıb.
Bu da gözlənilən idi. Çünki adıçəkilən dəmir yolunun işə salınması təkcə Gürcüstandan asılı məsələ deyil. Bundan ötrü gərək rəsmi Tiflis strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərində olduğu Azərbaycan və Türkiyənin də razılığını ala. Azərbaycan torpaqları işğal altında qala-qala, belə bir razılığın verilməsi isə istisnadır.
Ermənistanı təlaşlandıran həm də ondan yan keçəcək Bakı-Tiflis-Qars dəmir yolunun artıq işə düşmək üzrə olmasıdır. O halda təcavüzkarın iqtisadi izolyasiyası bir qədər də güclənmiş olacaq. Odur ki, İrəvan başına başqa çarə tapmaq zorundadır. Bu yöndə onun güvəndiyi yeganə himayəçi isə Rusiya ola bilər.
Şəksiz ki, Sərkisyanın Moskva səfərinin gündəliyində iqtisadi blokada ilə bağlı məsələlər mühüm yer tutub. Ancaq erməni qaynaqlarının da yaydığı xəbərlərdən belə qənaət hasil olur ki, Rusiya bu yöndə İrəvana təsəlliverici hər hansı söz deməyib, vəd verməyib.
***
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov mövzuya dəxli olan maraqlı açıqlama verib. Belə k, Rusiya baş diplomatı Dağlıq Qarabağa görə on illərdir qapalı qalan türk-erməni sərhədindən danışıb. Musavat.com-un məlumatına görə, “Regioanal Post - Caucasus” jurnalına müsahibəsində Lavrov deyib ki, Moskva Türkiyə ilə Ermənistan arasında danışıqlara yardımçı olmağa hazırdır və belə danışıqları yalnız alqışlayardı. Onun sözlərinə görə, “2007-2009-cu illərdə (Sürix protokollarının da gündəmdə olduğu aktiv dövr-red.) Ankara ilə İrəvan arasında əlaqələrin donunun açılması üçün mühüm səylər göstərib, lakin az sonra normallaşma prosesi dayanıb”.
“Lakin prinsipial mühüm olanı odur ki, tərəflər anlaşmaq bacarığı, ciddi və məsuliyyətli qərarlar qəbul etmək qabiliyyəti nümayiş etdirsinlər. Əminəm ki, həm Ermənistan, həm də Türkiyə aradakı problemləri yoluna qoymaq iqtidarındadır. Bu zaman onların özlərindən çox şey asılıdır. Nə vaxt ki, İrəvan və Ankara danışıqlar masası arxasında oturacaq, o zaman Rusiya onlara ən fəal dəstəyi verəcək”, - deyə S.Lavrov Rusiya adından vəd verib.
Rusiya XİN başçısının aşağıdakı fikri isə bizcə, daha diqqətçəkicidir. Sitat: “Aydındır ki, biz Avrasiya İqtisadi Birliyinin erməni-türk hissəsinin açılmasını, insanlar, mal- xidmətlərin sərbəst hərəkəti üçün açılmasını yalnız alqışlayardıq. Bu, şəksiz ki, ümumi regionun faydasına işləyəcək”.
***
Dünya okeanına heç bir çıxışı olmayan, Rusiya ilə quru sərhəddən məhrum Ermənistanın iqtisadi xilası sözsüz ki, ya Azərbaycanla, ya da Türkiyə ilə sərhədin açılmasından keçir. Gürcüstan birmənalı qərbyönlü siyasət yürütdüyü üçün bu xüsusda önəmli və aktual deyil. Həm də Ermənistanın xarici aləmə çıxışı daha çox Azərbaycan və Türkiyə hesabına mümkün sayılır.
Erməni toplumunda isə belə bir rəy get-gedə qətiləşməkdədir ki, ölkənin ağır iqtisadi duruma düşməsində Rusiya ilə müttəfiqlik əlaqələri də mühüm rol oynayır. Bu isə işğalçı ölkədə rəsmi Kremlə qarşı artan ictimai narazılıq deməkdir. Belə bir narazılığın “qırmızı xətti” keçməməsindən ötrü Moskva nə(lər)sə etmək zorundadır - bir şərtlə ki, Kremlin bölgədəki köklü maraqları zədə almasın.
Ehtimal ki, Azərbaycanla yanaşı, Türkiyəni də Avrasiya Birliyinə qoşmaqla bağlı ara-sıra səslənən fikir-təkliflərin arxasında həm də bu hədəf durur: qardaş ölkəni Qərb iqtisadi-siyasi və təhlükəsizlik məkanından qoparıb Ermənistanın da daxil olduğu Avrasiya Birliyi məkanına çəkmək və ardınca bu məkan çərçivəsində öz geosiyasi maraqlarını təmin eləmək, paralel surətdə işğalçı ölkədə anti-Rusiya ovqatını səngitmək. Yəni “bir gülləyə bir neçə dovşan vurmaq”, o cümlədən işğalçı ölkəyə Türkiyədən qapı açmaq.
Lakin Türkiyə qeyd-şərtsiz, Azərbaycanın köklü maraqlarını ciddiyə almadan buna gedərmi, Kremlin Avrasiya tələsinə düşərmi? Cavab aydındır. O zaman yalnız bir yol qalır. Onu da ABŞ-ın Ermənistandakı səfiri Riçard Mayls az öncə İrəvanda belə ifadə eləmişdi: “Qarabağ problemi çözülmədən, sərhədlər açılmadan Ermənistanın iqtisadi inkişafı mümkün deyil”.
Maraqlıdır ki, Sərkisyandan cəmi bir həftə öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada olub. İstisna deyil ki, Putin-Ərdoğan görüşündə bu və digər məsələlər də müzakirə predmeti olub. \\musavat.com\\