Firəngiz Mütəllimova: Aramızda intim yoxdur, platonik istək var

Firəngiz Mütəllimova: Aramızda intim yoxdur, platonik istək var Xalq artisti 15 illik sevgilisindən danışdı

“Mən o insanla ürək dostuyam. Rəsmi nikah hələ ki, gözlənilmir. Bizdə başqa cür başa düşülür. O dəqiqə ağıla ayrı şeylər gəlir. Üzr istəyirəm, bizim aramızda intim yoxdur, platonik istək var”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında xalq artisti Firəngiz Mütəllimova bildirib.

Aktrisa 15 ildir ki, münasibətdə olduğu şəxs barədə açıqlama verib:

“Həmin şəxs Azərbaycanda deyil, çox uzaqlardadır. Onunla görüşürəm, dərdləşirəm, çox istəyirəm. İnsanlar başqa tərəfə yozmasın, mənim əsl sevgim ailəmə qarşı olan hisslərimdir”.

Firəngiz Mütəllimova qeyd edib ki, bu vaxta kimi əlavə bir biznesi olmayıb:

“Tələbələrimi pulsuz çəkilişlərdə iştirak etməyə icazə vermirəm. Mənə reklam təklifləri edirlər, yüksək qiymət deyirəm. Biz də bu ödənişlərlə həyatımızı qururuq, yaşayırıq. Onlara hər zaman deyirəm ki, haqqınızı hər zaman tələb edin. Mənbu vaxta kimi heç bir biznes qurmamışam, ancaq sənətimlə məşğul olmuşam. Mən fikirləşirəm ki, 2-3 ildən sonra tələbələrə aktyor sənəti vermək üçün məkan açım”.

Oxşar xəbərlər